• $
  • €
  • ₽
  • ₺
  • £

Kamran Əliyev Roberto Arbitrio ilə görüşüb

Kamran Əliyev Roberto Arbitrio ilə görüşüb
21.09.2026 15:18

Azərbaycanın Baş Prokurorluğu ilə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) terrorçuluğa qarşı birgə mübarizəni müzakirə edib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Baş prokuror Kamran Əliyev UNODC-un Terrorçuluğun qarşısının alınması şöbəsinin (TPB) rəhbəri Roberto Arbitrionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Kamran Əliyev Roberto Arbitrionun 21–23 sentyabr tarixlərində keçirilən IV Bakı Təhlükəsizlik Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfərini yüksək qiymətləndirib.

O, səfərin Baş Prokurorluqla UNODC, xüsusilə qurumun Terrorçuluğun qarşısının alınması şöbəsi arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Baş prokuror Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşən strateji mövqeyinin Azərbaycanı transmilli təhdidlərə qarşı mübarizədə mühüm tərəfdaşa çevirdiyini qeyd edib. Azərbaycanın Orta Dəhliz boyunca təhlükəsizliyin təmin olunması, korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahələrində müxtəlif təşəbbüs və layihələrin həyata keçirilməsində regionun fəal iştirakçılarından biri olduğu vurğulanıb.

Görüşdə son illərdə Azərbaycanın Baş Prokurorluğu ilə UNODC arasında konkret təşəbbüslər əsasında formalaşmış səmərəli əməkdaşlıqdan danışılıb.

Bu xüsusda 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 çərçivəsində "İqlim fəaliyyəti naminə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" mövzusunda Yüksək Səviyyəli Plenar Sessiyanın uğurlu təşkili xatırlanıb.

Həmçinin 20–23 may 2025-ci il tarixlərində Bakıda 92 ölkəni təmsil edən 120-dən çox dövlət qurumunun 300-dən artıq nümayəndəsinin iştirakı ilə BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclasının yüksək səviyyədə keçirilməsinin tərəflər arasında əməkdaşlığın mühüm nümunələrindən biri olduğu qeyd edilib.

Görüş zamanı UNODC-nin Terrorçuluğun qarşısının alınması şöbəsi ilə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanaraq, terrorçuluqla bağlı yeni və meydana çıxan təhdidlər, terrorçuluğun maliyyələşdirilməsi, terrorçuluqla mütəşəkkil cinayətkarlıq arasındakı əlaqələr, kritik infrastrukturun mühafizəsi, yeni texnologiyalardan və virtual aktivlərdən terror məqsədləri üçün sui-istifadə hallarına qarşı mübarizə kimi aktual istiqamətlər üzrə praktiki əməkdaşlıq imkanları müzakirə olunub.

Baş prokuror 26 sentyabr–1 oktyabr 2026-cı il tarixlərində Əbu-Dabidə keçiriləcək BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresinin əhəmiyyətinə toxunaraq, Konqres çərçivəsində təşkil olunacaq birgə əlavə tədbirlərlə bağlı Azərbaycan prokurorluq orqanları ilə UNODC arasında sıx əlaqələndirmənin həyata keçirildiyini bildirib.

Azərbaycan Baş Prokurorluğunun terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə, ekoloji cinayətlərin qarşısının alınması, eləcə də cinayət ədliyyəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində UNODC ilə fəal və nəticəyönümlü tərəfdaşlığın davam etdirilməsinə xüsusi önəm verdiyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol