• $
  • €
  • ₽
  • ₺
  • £

Dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmaq cəhdləri təhlükəlidir - deputat

Dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmaq cəhdləri təhlükəlidir - deputat
23.09.2026 11:32

Azərbaycanda dini radikallaşma meyllərinin və dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmaq cəhdlərinin qarşısını almaq üçün maarifləndirmə işləri gücləndirilməlidir. Bunu deputat Ceyhun Məmmədov bildirib.


O, Prezident İlham Əliyevin bir neçə gün əvvəl Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderləri ilə görüşündə dünyada islamofob meyllərin artmasının yaratdığı təhlükədən danışdığını xatırladıb.


Deputat sosial mediada bəzi şəxslərin İslam dininə qarşı davamlı təbliğat apardığını bildirərək, bunun qarşısının alınmasına çağırıb.


“Bilirsiniz, bu hər kəsin öz seçimidir. Bizim ölkəmizdə dini etiqad azadlığı var. Kimsə dini həyat tərzini seçə bilər və kimsə fərqli formada yaşaya bilər. Ama ümumilikdə bu təbliğatın bu formada aparılması, özü də davamlı olaraq səhərdən axşama kimi İslam dəyərlərinə hücum edilməsi, bu yolverilməzdir”, - o deyib.


Məmmədov Azərbaycanda dinə qayıdış prosesinin uzun müddətdir davam etdiyini, lakin bəzi hallarda bunun kor-koranə baş verdiyini söyləyib.


“Ama burada məni narahat edən əsas məsələlərdən biri prosesin kor-köranə getməsidir. Yəni bu qayıdış müəyyən mənada, bir sıra hallarda kor-köranə gedir. Bu Azərbaycanın ənənəvi dini xəritəsi dəyişir. Bir sıra hallarda radikalizm meyllərini biz müşahidə edirik. Son həbslər hüquq-mühafizə orqanları tərəfindən bunu bir daha açıq-aydın göstərdi”, - deputat bildirib.


Onun sözlərinə görə, xarici dini təbliğatın insanların düşüncəsinə təsirinin və radikalizm meyllərinin qarşısını almaq üçün ciddi maarifləndirmə tədbirlərinə ehtiyac var.


Azərbaycanda dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmaq cəhdlərini təhlükəli tendensiya adlandıran Məmmədov cəmiyyətdə birgəyaşayışın qorunmasının vacibliyini vurğulayıb.


“Biz cəmiyyətdə birgəyaşayışı təmin etməliyik. Qeyd etdiyimiz kimi, bizim dünyəvi dövlətdir, hər kəsin etiqad azadlığı var. Bu bizim həm Konstitusiyada, həm də «Dini etiqad azadlığı haqqında» Qanunda öz əksini tapıbdır”, - deputat deyib.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol