Bərdədə “Kalaşnikov” avtomatı və 29 ədəd sursat aşkarlanıb

Bərdə rayonunda qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, rayon sakini Y.Fətullazadənin qanunsuz yolla əldə etdiyi odlu silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən onun üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, patron darağı və 29 ədəd sursat aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər 
Daha çox 






















