• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 1700 peşə və kvalifikasiya standartı hazırlanıb - nazir

Azərbaycanda 1700 peşə və kvalifikasiya standartı hazırlanıb - nazir
26.09.2026 12:25

Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələri üzrə 1700 peşə və kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin və digər maraqlı tərəflərin istifadəsinə verilib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev forumdakı çıxışında bildirib.

Nazir qeyd edib ki, həmin standartlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığına, peşə bacarıqlarının obyektiv qiymətləndirilməsinə və rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılmasına xidmət edir.

“Peşə hazırlığının səmərəliliyinin artırılması məqsədilə adambaşına maliyyələşdirmə mexanizminə keçilib. İşsiz və işaxtaran şəxslər üçün 175 peşə üzrə təlimlər təşkil olunur, bu sahədə 180-ə yaxın dövlət və özəl təhsil və təlim müəssisəsi ilə əməkdaşlıq edilir”.

Anar Əliyev bildirib ki, 2026-2030-cu illəri əhatə edən Məşğulluq Strategiyasının növbəti Tədbirlər Planında əmək bazarında tələb və təklifin uyğunlaşdırılması, işçi qüvvəsinin bacarıqlarının inkişafı, çevik iş vaxtı modellərinin yaradılması, layiqli əməyin dəstəklənməsi və əmək məhsuldarlığının artırılması nəzərdə tutulub.

Nazir sosial müdafiə və məşğulluq sahəsində rəqəmsallaşmanın genişləndirildiyini də vurğulayıb. Onun sözlərinə görə, nazirliyin göstərdiyi 152 xidmətin 90 faizi elektronlaşdırılıb, 55 proaktiv xidmət istifadəyə verilib.

Elektron sistemlər 80-dək qurumun informasiya bazası ilə inteqrasiya olunur. Əmək müqavilələrinin 97 faizi isə elektron qaydada bağlanıb.

“2018–2026-cı illər ərzində illik əlavə maliyyə tutumu 8 milyard manat olan beş böyük sosial islahat paketi həyata keçirilib və bu tədbirlər 4 milyon nəfəri əhatə edib”, - Anar Əliyev deyib.

Onun sözlərinə görə, həmin dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə yüksəlib. Sosial müavinət və təqaüdlərə ayrılan vəsait isə beş dəfə artaraq 2,1 milyard manata çatıb.

Nazir əlavə edib ki, əmək müqavilələrinin sayı 44,6 faiz artaraq 1,86 milyona, əməkhaqqı fondu isə 3,4 dəfəyə çatıb.

Anar Əliyev gələcəyin iş yerlərinə uyğun insan kapitalının formalaşdırılması üçün universitetlər, işəgötürənlər və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.


“Bu üç tərəfin - təhsil, biznes və dövlətin potensialının səmərəli əlaqələndirilməsi nəticəsində daha yüksək məşğulluq, daha məhsuldar əmək, daha çevik əmək bazarı və daha rəqabətqabiliyyətli iqtisadiyyat formalaşdırmaq mümkündür”.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol