• $
  • €
  • ₽
  • ₺
  • £

2027-ci ildən artezianlara günəş paneli üçün 50% güzəşt olacaq - nazir

2027-ci ildən artezianlara günəş paneli üçün 50% güzəşt olacaq - nazir
07.10.2026 13:42

Azərbaycanda 2027-ci il yanvarın 1-dən kənd təsərrüfatı obyektlərinə, əsasən də artezian quyularına günəş panellərinin quraşdırılması xərclərinin 50%-nin dövlət tərəfindən qarşılanması nəzərdə tutulur. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.


“1 yanvar 2027-ci il tarixdən günəş panellərinin quraşdırılmasına 50 faiz dövlət güzəşti veriləcək, kənd təsərrüfatı təyinatlı obyektlərdə və əsasən də su təyinatlı artezianlarda”, - Məmmədov deyib. Onun sözlərinə görə, Subsidiya Şurası bu barədə artıq qərar qəbul edib.


Nazir bildirib ki, bu dəstək artezian quyularının elektrik xərclərini azaldaraq fermerləri onlardan istifadəyə təşviq edə bilər.


Məmmədov aqrar istehsalçıların reytinq sisteminin də necə işləyəcəyini açıqlayıb. Onun sözlərinə görə, fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki şəxsi kabinetlərindən reytinqlərini və hər meyar üzrə topladıqları balları görə biləcəklər. Reytinq aqrotexniki tədbirləri, iqtisadi nəticələri və ekoloji fəaliyyəti qiymətləndirəcək. Fermerlər qiymətləndirmə ilə razılaşmadıqda nazirliyə müraciət edə biləcəklər.


Nazir bildirib ki, məhsulun maya dəyərindən aşağı satılması riskinə qarşı bazar qiymətlərinin sığortalanması təklifi dövlət qurumları arasında razılaşdırılır. Təklif qəbul olunarsa, bunun üçün qanunvericiliyə dəyişikliklər hazırlanacaq.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol