• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq
08.10.2026 09:30

Bu gün Bakı və Abşeronun bəzi ərazilərinə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 8-də paytaxtın və Abşeron rayonunun bir sıra ərazilərində elektrik təsərrüfatında təmir, yenidənqurma işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Dadaş Bünyadzadə, Mirəli Seyidov, Nazim Hikmət, Tağı Şahbazi küçələri və İnşaatçılar prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Yeni Komplekt Transformator Məntəqəsinin (KTM) quraşdırılması işləri zamanı Səbail RETSİ-yə daxil olan Badamdar şosesinin bəzi ərazilərində, eləcə də 2-ci yaşayış massivi 2-ci dalanda saat 11:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 110/35/6 kV-luq "ETK-4" yarımstansiyasından qidalanan 6 kV-luq ikidövrəli "Binəqədi-1" və "Binəqədi-2" hava xəttləri üzrə naqillər yenilənəcək. Yenidənqurma işləri aparılarkən saat 10:00-dan 16:00-dək 10 May küçəsi və kənd Binəqədi yaşayış məntəqəsinin bir sıra yerlərində enerjinin verilişi məhdudlaşdırılacaq.

Abşeron RETSİ-yə daxil olan 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında yerinə yetiriləcək təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 15:00-dək rayonun Abşeron, Ağaxan Abdullayev, Akim Abbasov, Alı Mustafayev, İlyas Bayramov, İstiqlaliyyət, Qəzənfər Əlizadə, Mirvari Dilbazi, Mübariz İbrahimov, Rəşad Hüseynov, Rizvan Həşimov, Şıxəli Qurbanov, Turqud Xəlilbəyli küçələrini də əhatə edəcək.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol