• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib

Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib
16.11.2026 16:12

Bakıda 20 noyabr-3 dekabr tarixlərində Dövlət Bayrağı Meydanı ərazisindəki avtomobil dayanacağında keçirilməsi nəzərdə tutulan 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasının tarixi və yeri dəyişdirilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumata görə, yarmarka 27 noyabr-11 dekabr tarixlərində paytaxtda yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində baş tutacaq. Təşkilatçılar nazirliyin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyidir.

Bal yarmarkasında növbəlilik prinsipi əsasında ilk olaraq qeydiyyatdan keçmiş, 2026-cı il sentyabrın 1-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təsərrüfatında ən azı 40 arı ailəsi olduğunu bəyan etmiş 52 rayondan 300-ə yaxın arıçı fermer iştirak edəcək.

Yarmarkada iştirak ödənişsizdir və hər fermer ən çoxu 450 kq bal (qablaşdırma daxil olmaqla) və 30 ədəd arı şanı sata biləcək. Fermerlərə satış yeri, ləvazimat və marketinq dəstəyi veriləcək.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları əməkdaşları baldan yerində nümunə götürüb laboratoriyada yoxlayacaq, yalnız keyfiyyət standartlarına cavab verən məhsullar yarmarkaya buraxılacaq.

Yarmarkanın məqsədi yerli arıçıların satış imkanlarını genişləndirmək, istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaratmaq və əhalinin keyfiyyətli yerli bala çıxışını təmin etməkdir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Cəmiyyət 16:08
537 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakıda restoran yanır
Cəmiyyət 15:42
Bakıda restoran yanır
Mediayaya ayrılan vəsaiti artırmaq lazımdır - təklif
Cəmiyyət 15:37
Mediayaya ayrılan vəsaiti artırmaq lazımdır - təklif
Rus bölməsində təhsil alan şagirdlərin xərclərini niyə dövlət ödəyir? - deputat
Cəmiyyət 15:22
Rus bölməsində təhsil alan şagirdlərin xərclərini niyə dövlət ödəyir? - deputat
“Təbriz” MTK  172 vətəndaşa 14 milyon manatlıq zərər vurub
Cəmiyyət 14:34
“Təbriz” MTK 172 vətəndaşa 14 milyon manatlıq zərər vurub
“Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilib
Cəmiyyət 13:20
“Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilib
Sertifikasiyadan keçməyən müəllimlərə dəstək verilməlidir - deputat
Cəmiyyət 12:59
Sertifikasiyadan keçməyən müəllimlərə dəstək verilməlidir - deputat
Ötən ay 74 şəxs Azərbaycana readmissiya edilib
Cəmiyyət 12:37
Ötən ay 74 şəxs Azərbaycana readmissiya edilib
Dövlət Qulluğu Məcəlləsi qüvvəyə minib
Cəmiyyət 12:35
Dövlət Qulluğu Məcəlləsi qüvvəyə minib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol