Türkiyə məhkəməsi İmamoğluna iki il bir ay həbs və siyasi fəaliyyət qadağası verib

Ankara məhkəməsi vəzifəsindən uzaqlaşdırılmış İstanbul meri Əkrəm İmamoğlunu 2023-cü ildə keçirilmiş Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayında səsverməyə müdaxilə işi üzrə iki il bir ay müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə İmamoğlu da daxil olmaqla doqquz nəfəri Siyasi Partiyalar haqqında qanunu pozmaqda təqsirli bilib və onların siyasi fəaliyyətinin məhdudlaşdırılmasına hökm verib. Daha üç nəfərə bəraət verilib. Siyasi qadağa hökmlər qüvvəyə mindikdən sonra tətbiq olunacaq.
İttiham aktına görə, CHP-nin 2023-cü ilin noyabrında keçirilmiş qurultayında bəzi nümayəndələrə pul, iş və siyasi vəzifələr təklif edilib, alış-veriş kartları verilib və doldurulmuş bülletenlərin şəklini çəkmələri tələb olunub. İttiham tərəfi bu yolla nümayəndələrin Özgür Özelin lehinə səs verməyə yönəldildiyini bildirib.
Təqsirləndirilən şəxslər ittihamları rədd ediblər.
























