6 marşrutun hərəkət sxemi dəyişir

Yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi ilə əlaqədar noyabrın 20-də gecə saatlarında Hava limanı şosesindən metronun “Koroğlu” stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə-Əmircan döngəsi və “Komsomol” dairəsi ərazilərində, noyabrın 22-də isə metronun “Koroğlu” stansiyasından hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.Bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlə əlaqədar noyabrın 20-də saat 00:00-dan 06:00-dək 6 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək.
H1 nömrəli avtobuslar şəhər istiqamətində Zığ şosesi – 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Puşkin küçəsi ilə hərəkət edəcək.
140 və 150 nömrəli avtobuslar Zığ şosesi – Gəncə prospekti – Qara Qarayev prospekti ilə hərəkət edəcək.
163, 189 və M8 nömrəli avtobusların hərəkəti isə Mübariz İbrahimov, Əsildar Məmmədəliyev, Asif Əsədullayev, Yavər Əliyev və Bəşir Bünyadov küçələri ilə təşkil olunacaq.
Noyabrın 22-də saat 00:00-dan 05:45-dək 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
140, 150 və H1 nömrəli avtobuslar Bakıxanov qəsəbəsində Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmadəddin Nəsimi və Əli İsaqzadə küçələri ilə hərəkət edəcək.
163, 189 və M8 nömrəli avtobuslar isə Bakıxanov qəsəbəsində Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev və Asif Əsədullayev küçələri ilə hərəkət edəcək.
























