Naftalanda üç məktəblini maşın vurub

Naftalanda yolu keçmək istəyən üç məktəblini avtomobil vurub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Naftalan şəhəri ərazisində baş verib.
2014-cü il təvəllüdlü R. Paşazadə, 2017-ci il təvəllüdlü C. Sadıqzadə və 2015-ci il təvəllüdlü K. Abbaslını avtomobil vurub.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.
























