• $
  • €
  • ₽
  • ₺
  • £

Nuridə Atəşi maraqlı faktlar açıqladı

Nuridə Atəşi maraqlı faktlar açıqladı
29.05.2020 05:44
Noyabrın 10-14-də Bakıda Sovet hakimiyyəti dağıldıqdan sonra ilk dəfə olaraq Azərbaycan arxeologiyasının müstəqilliyinin 20 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirilib.APA-nın məlumatına görə, konfransda 11 ölkədən 32 xarici elm adamı, ümumilikdə 100-dən artıq elmi mütəxəssis iştirak edib. Konfransda iştirak edən araşdırmaçı Nuridə Atəşi son 7 ildə Almaniya, Rusiya, Gürcüstan, Azərbaycan, Çeçenistan, İnquşetiya, Osetiya və Dağıstanda alman, ingilis, rus, türk, Azərbaycan dilli mənbələrdə apardığı tarixi-arxeoloji tədqiqatların indiyə qədər beynəlxalq elmə məlum olmayan bir çox tərəflərini açıb. O bildirib ki, Böyük Vətən müharibəsindən öncə Berlin Muzeyində dünyada analoqu olmayan böyük Qafqaz toplusu - kolleksiyası toplanıb. Yalnız Azərbaycandan muzeydə Xocalı-Gədəbəy maddi mədəniyyət nümunələrindən ibarət 3 böyük eksponatlar kolleksiyası olub. Lakin həmin eksponatlar V. Belk, Korthaus və Qraf fon Şveinitz tərəfindən qanuni və qanunsuz yollarla Almaniyanın müxtəlif muzeylərinə satılıb: “Təəssüflər olsun ki, müharibədən öncə bu kolleksiyalar tədqiq edilməyib. Müharibədə kolleksiyanın 40 faizi itib-batıb. Hazırda eksponatların bir çoxu Moskva və Peterburq muzeylərindədir və indiyə qədər elmi tədqiqatlara açılmayıb. Hazırda Berlin tarixəqədər və qədim Tarix muzeyində 256 ədəd maddi Azərbaycan nümunəsi var. Onların içərisində 12 tunc kəmər var ki, bunların da bir neçəsi indiyə qədər elmə məlum deyil. 1895-ci ildə Berlin tarixəqədər və tarix muzeyinin (MVF) direktoru V. Naqel və E. Strommenger Qalakənd adı altında kataloq buraxıb. Kataloqda yalnız V. Belkinin Gədəbəy və ətrafında apardığı qazıntılar və onun maliyyəçisi olan məşhur alman antropoloqu R. Virxova yazdığı məktublar verilib. Kitabda bütün Gədəbəy və ətraf bölgə Yuxarı Ermənistan adlandırılıb, Gədəbəydə son tunc, erkən dəmir dövrünə aid olan qədim qəbir abidələri, yaşayış yerləri, sonrakı dövrləri əhatə edən alban xristian məbədləri bütünlüklə qədim ermənilərin tarixinə yazılıb ki, müəlliflər buna açıqlıq gətirməyiblər. Bu kitab əsasında və almanların V. Belk, E. Röslər, Rosendorf, Karthaus və digərlərinin etmiş olduqları çoxlu sayda tarixi, coğrafi, arxeoloji, hətta siyasi səhvlər nəticəsində on illərdir ki, Almaniya, Rusiya, Qafqaz və Azərbaycan tarix kitabında Xocalı-Gədəbəy mədəniyyəti dəfələrlə təhrif olunub və bir çox arzuolunmaz elmi nəticələrə gətirib çıxarıb”. N. Atəşi elmi məruzəsinin sonunda beynəlxalq elmi ictimaiyyətə müraciət edərək, alman, rus və Azərbaycan alimləri ilə birlikdə Xocalı-Gədəbəy mədəniyyətinin yenidən tədqiq edilməsi, yazılmış kitabların beynəlxalq elmi diskussiyalara çıxarılmasını istəyib. Onun təklifi konfransda iştirak edən xarici alimlər tərəfindən böyük elmi dəstək alıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol