• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənovdan daha bir sərəncam

Zakir Həsənovdan daha bir sərəncam
29.05.2020 05:46
Yeni nazir keçmiş naziri məyus edən addım atıb - Səfər Əbiyevin cəzalandırdığı zabitin rütbəsini bərpa edib. AzNews.az-ın məlumatına görə, Şəmkir hərbi birləşməsinin tabeliyindəki hərbi hissələrdən birinin komandiri Xəqani Cəbrayılov bir müddət əvvəl keçmiş müdafiə naziri Səfər Əbiyev tərəfindən cəzalandırılıb və onun rütbəsi bir pillə aşağı salınaraq, polkovnik-leytenant edilib. Həmin vaxt nazirin bu addımı narazılıqla qarşılanmışdı. Çünki X. Cəbrayılov nümunəvi zabitlərdən hesab olunur. Yeni müdafiə naziri Zakir Həsənov isə X. Cəbrayılovun yenidən polkovnik rütbəsinə layiq görülməsilə bağlı əmr imzalayıb. Bu hadisə Z. Həsənovun Şəmkir hərbi birləşməsinə səfərindən sonra baş verib. Yeni nazirin bu addımının zabitlər arasında haqq-ədalətin bərpası kimi qiymətləndirildiyi deyilir.Qeyd edək ki, Xəqani Sərdar oğlu Cəbrayılov cəbhə yoldaşları arasında nümunəvi döyüşçü kimi tanınıb. 90-cı illərdə müharibə bölgəsində böyük döyüş təcrübəsi keçib. O, Ali Baş Komandan – dövlət başçısı tərəfindən 2011-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə “İgidliyə görə” medalı ilə də təltif edilib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol