• $
  • €
  • ₽
  • ₺
  • £

İçərişəhərdə avtomobillərin hərəkəti ilə bağlı Yeni qayda

İçərişəhərdə avtomobillərin hərəkəti ilə bağlı Yeni qayda
29.05.2020 03:47
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi müraciət yayıb.
 
İdarədən APA-ya verilən məlumata görə, müraciətdə son illərdə aparılan restavrasiya və abadlıq-quruculuq işlərinin nəticəsində Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhərə olan böyük maraq daha da artıb. Qoruq ərazisində yaşayan sakinlər, çalışan qurumlar, çoxsaylı yerli və xarici qonaqlar üçün İçərişəhərin əsas problemlərdən biri avtomobillərin hərəkəti ilə bağlı olub. Bununla əlaqədar olaraq nəqliyyat vasitələri hərəkət edən küçələrin bərpası, yol örtüyünün əsaslı təmiri istiqamətində İdarə tərəfindən mühüm işlər görülüb.  
 
Qeyd olunub ki, görülən bu işlərlə yanaşı, İçərişəhərin ensiz küçələrində ikitərəfli avtomobil hərəkəti nəticəsində tez-tez yaranan tıxaclar probleminin həlli həmçinin mühüm əhəmiyyət kəsb edir. Həmin problemin aradan qaldırılması məqsədilə İdarə tərəfindən 1 noyabr tarixindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində test rejimində avtomobillərin birtərəfli hərəkətinə keçid həyata keçirilib. Artıq keçən müddətdə yeni hərəkət qaydası öz müsbət nəticəsini göstərib, yaranan tıxacların sayı azalmağa başlayıb.
 
İçərişəhərdə birtərəfli avtomobil hərəkətinin test rejimi 2013-cü ilin dekabrın 1-ə qədər davam edəcək, həmin tarixdən isə yeni hərəkət qaydası artıq daimi olaraq qüvvəyə minəcək. Keçid prosesinin sakinlər və qonaqlar üçün asanlaşdırılması məqsədilə İçərişəhərin girişlərində daxil olan bütün nəqliyyat vasitələrinin sürücülərinə Azərbaycan və ingilis dillərində hərəkət istiqamətini göstərən xüsusi xəritəli bukletlər paylanacaq.
 
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərə çatdırır ki, 1 dekabr 2013-cü il tarixindən müəyyən edilmiş hərəkət qaydalarına riayət etməyənlərə qarşı müvafiq tədbirlər görüləcək. Bununla əlaqədar, idarə bütün sakinlərdən və qonaqlardan məsələyə lazımi diqqət və həssaslıq göstərmələrini xahiş edir.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cəmiyyət 10:29
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Cəmiyyət 10:13
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Cəmiyyət 09:59
Qazaxda evdə partlayış olub, 2 nəfər xəsarət alıb- Video
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol