• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük Britaniyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində oldu

Böyük Britaniyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində oldu
29.05.2020 05:32
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq Bakı Ali Neft Məktəbində oldu. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov səfiri salamlayaraq, onu rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu dedi. Azərbaycanın Böyük Britaniya ilə əlaqələrinin yüksək səviyyədə olduğunu bildirən rektor Elmar Qasımov Azərbaycanla Böyük Britaniya arasındakı təhsil üzrə  münasibətlərin inkişafında BANM-in də rol oynadığını qeyd etdi. Rektor Elmar Qasımov Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə Ali Məktəbin əməkdaşlığı çərçivəsində Universitetin müəllimlərinin burada imtahan prosesində yaxından iştirak etdiyini bildirdi. İrfan Siddiqin səfir kimi ölkəmizdə ilk görüşünü ali təhsil müəssisələri içərisində məhz Bakı Ali Neft Məktəbindən başladığını xatırladaraq, rektor E.Qasımov onu yenidən  bu Ali Məktəbin tələbələri ilə görüşə dəvət etdi. E.Qasımov bildirdi ki, BANM beynəlxalq neft-qaz şirkətləri ilə əməkdaşlıq edir və o, bu günlərdə bp-in regional prezidentinin Ali Məktəbin tələbələri ilə görüşünü məmnunluqla səfirin diqqətinə çatdırdı. O, dedi ki, bu ali təhsil ocağı gələcəkdə  bp və bu kimi beynəlxalq neft-qaz şirkətlərinin əsas kadr potensialının təminatçısı olacaq. E. Qasımov BANM-də tədrisin bütünlüklə ingilis dilində aparıldığını qonağın diqqətinə çatdırdı. O, Azərbaycan üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayan tələbələrin məhz BANM-i seçdiklərini bildirdi. Rektor Elmar Qasımov BANM-də aparılan tədrisin və görülən işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin icrasına yönəldiyini vurğuladı. Hazırda dünyada ingilis dilinin artan rolundan danışaraq, o, beynəlxalq səviyyəyə qalxmaq üçün ingilis dilinin bir vasitə olduğunu  və  təhsil sahəsində də vacib amil kimi çıxış etdiyini dedi. Elmar Qasımov BANM-in British Council ilə əlaqələrindən söz açdı və bu qurumla ən sıx əməkdaşlıq edən ali təhsil müəssisəsi olduğunu vurğuladı. Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə qurulan uğurlu əməkdaşlıq haqqında danışan rektor, həmçinin vurğuladı ki, bu baxımdan dünyanın inkişaf etmiş dövlətləri sırasında öncül yerlərdən birini tutan Böyük Britaniya  elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulması BANM üçün xüsusi maraq kəsb etməkdədir. E.Qasımov Ali Məktəbin  tikilməkdə olan, ən müasir tələblərə cavab verən kampusunun Qafqaz regionunda ən böyük kampus olduğunu və növbəti tədris ilində istifadəyə veriləcəyini bildirdi.

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq BANM-də olmaqdan məmnunluğunu bildirdi. Tələbələrlə görüşə dəvət etdiyi üçün rektor Elmar Qasımova təşəkkür edən səfir öz razılığını bildirdi. Böyük Britaniya və Azərbaycan arasında olan ikitərəfli münasibətlərdən danışan səfir iki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini və bu əlaqələrin bütün sahələrdə, istər iqtisadiyyat, istərsə də, humanitar sahədə uğurlu olduğunu vurğuladı. Səfir Böyük Britaniya ilə Azərbaycan əlaqələrinin möhkəm olduğunu bildirdi. İlk görüşünü BANM-də başladığını məmnunluqla xatırlayaraq, bu günlərdə BANM-in ABB şirkəti ilə əməkdaşlıqla bağlı imzalanma mərasimində iştirakını da qeyd etdi. Səfir İrfan Siddiq Ali Məktəbin Heriot-Vatt Universiteti ilə əlaqələrini təqdir edərək, BANM-in Heriot-Vatt Universiteti ilə əməkdaşlığından məmnunluq ifadə etdi. İki ölkə arasında, xüsusən təhsil müəssisələri arasında əlaqələrin genişlənməsində bu əməkdaşlığın digər universitetlərə nümunə olduğunu dedi. Səfir ali məktəbin gələcək inkişafında uğurlar arzuladı. O, Böyük Britaniyanın universitetləri ilə BANM arasında gələcək mümkün əməkdaşlıq perspektivlərinin də yüksək olduğunu bildirdi.

Sonda rektor Elmar Qasımov səfir İrfan Siddiqi "Fəxri qonaq” diplomu ilə təltif etdi. Qeyd edək ki, görüşdə, həmçinin Heriot-Vatt Universitetindən gələn müəllim heyəti də iştirak edirdi.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol