Bu yolda hərəkət məhdudlaşdırılır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq bu gündən etibarən Binəqədi rayonu Məsud Davudoğlu küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, küçə ilə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə saxlanılacaq.
Sözügedən ərazidə sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















