• $
  • €
  • ₽
  • ₺
  • £

Cüdoçular Bakıda aksiya keçiriblər

Cüdoçular Bakıda aksiya keçiriblər
29.05.2020 08:46
Bakıda cüdo üzrə yığma komandamızın üzvləri aksiya keçirirlər. 

ANS PRESS-in hadisə yerində olan müxbirinin sözlərinə görə, cüdoçularımız məvaciblərinin artıq üç aydır ki, verilmədiyini bildirirlər. Onlar Azərbaycan Cüdo Federasiyasından maaşlarının verilməsini tələb edirlər. Aksiyada Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında dünya çempionatının qalibi olmuş Elmar Qasımov və Azərbaycanın ən tanınmış cüdoçularından olan Nicat Şıxəlizadə və Elxan Məmmədov da iştirak edir. 

Artıq Azərbaycan Gənclər və İdman Nazirliyi məsələyə münasibətini bildirib. Qurumun mətbuat katibi Səmayə Məmmədova ANS PRESS-ə bildirib ki, Federasiya idmançılarla görüşərək onların tələblərini dinləyəcək.

Elmar Qasımov onların federasiya ilə bağlı problemlərinin olduğunu bildirib. "Bir neçə dəfə federasiya rəhbərliyi ilə görüşlər keçirmişik. Bizə söz verirlər ki, hər şey həll olunacaq. Ancaq ortada bir nəticə yoxdu. Nə təlim məşqlərinə göndərirlər, nə maaşlarımızı verirlər. qidalanmamız yaxşı deyil. Biz təlim məşqlərini artıq öz hesabımıza getməyi fikirləşirik", - deyə Elmar Qasımov bildirib. 
 
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Cəmiyyət 23:46
Yevlaxda TIR mikroavtobusla toqquşub - ölən və xəsarət alan var
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Cəmiyyət 22:09
Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq
Qaradağda palçıq vulkanı püskürüb
Cəmiyyət 21:28
Qaradağda palçıq vulkanı püskürüb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol