• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Sumqayıt qatarında gediş haqqı açıqlandı

Bakı-Sumqayıt qatarında gediş haqqı açıqlandı
17.08.2015 15:46
Bakı-Sumqayıt qatarında gediş haqqı 50 və ya 70 qəpik ola bilər.
 
ANN.Az Trendə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, artıq bu barədə Nəqliyyat Nazirliyinin Sərnişin Daşıma Departamenti təkliflərini Tarif Şurasına təqdim edib.

Qiymətləri Tarif Şurasının müəyyənləşdirəcəyini deyən N.Əzməmmədov gediş haqqının kart sistemi ilə olub-olmayacağına da aydınlıq gətirdi:

"Qiymətlər sosial yönümlü olacaq. Bununla bağlı təkliflər artıq verilib. Qərar yaxın vaxtlarda verilməlidir. Çünki sentyabrın 15-ə kimi Bakı-Sumqayıt qatarı istifadəyə verilməlidir. Qiymətlər barədə qərar veriləndən sonra çalışacağıq ki, burada da kart sistemini tətbiq edək. Amma yəqin ki, kart sistemi bir müddət sonra tətbiq olunacaq. Çünki bu, bir az zaman alan məsələdir”.

Yeni tikilən Bakı-Sumqayıt dəmir yolunda son tamamlama işlərinin aparıldığını qeyd edən mətbuat xidmətinin rəhbəri bildirdi ki, layihə ilə bağlı 63 kilometr yeni xətt nəzərdə tutulub. Onun sözlərinə görə, yeniliklər təkcə yolun uzadılması ilə yekunlaşmır:

"Nəzərdə tutulan yeni 63 kilometrlik yolun artıq 60 kilometri hazırdır. Qatarları qəbul etmək üçün 4 platformamız var. Ona əlavə olaraq yeni platformalar tikilir. Sərnişinlərin keçməsi üçün turniketlər qurulur. Bununla yanaşı, rabitə siqnalizasiya sistemi tikilir. Həmçinin elektrik enerjisi təchizatı yenilənir. Hesab edirəm ki, bütün bunlar insanların rahatlığına və vaxtında mənzil başına çatmalarına xidmət edəcək”.

Xatırladaq ki, Bakı-Sumqayıt xəttinə buraxılacaq qatarlar "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunub.

Qatarlarda sərnişinlər üçün hər cür şərait yaradılıb. Ümumi sərnişin tutumu 919 nəfər olan hər bir qatarda 396 oturacaq var ki, onlardan da 84-ü biznes-klasdır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol