• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanda elektronika məhsulları tezliklə kəskin bahalaşacaq"

"Azərbaycanda elektronika məhsulları tezliklə kəskin bahalaşacaq"
21.08.2015 16:08
iPhone 6" smartfonlarını 30% bahalaşdıran "Alma store" bunu idxal xərclərinin artması ilə əlaqələndirir

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycana gətirilən "Apple” məhsulu olan "iPhone 6” smartfonlarının pərakəndə satış qiymətləri kəskin artırılıb. "Report xəbər verir ki, bu brendin Azərbaycandakı rəsmi distribyutoru olan "Alma store”də yeni idxal olunan mallar artıq artırılmış qiymətlə satışa çıxarılıb.

İlk gətirilən məhsul 16 GB yaddaş tutumuna malik "iPhone 6”dır. Əvvəlki qiyməti 900 manat ətrafında olan smartfonun yeni qiyməti 1 198 manatdır.
"Alma store” mağazasından verilən məlumata görə, qiymət artımı idxal xərclərinin artması ilə bağlıdır: "Xərclər 30%-dən çox artıb. Bu, yalnız "Apple” məhsullarına aid deyil. Tezliklə Azərbaycana gətirilən bütün elektronika malları və ümumiyyətlə, texnikada kəskin bahalaşma olacaq".

Paytaxtdakı digər telefon mağazalarının hamısında yeni idxal olunan "iPhone 6” olmasa da, onun tezliklə gətiriləcəyi və qiymətin qeyd olunduğu kimi baha olacağı bildirilir. Əvvəlki partiyalardan qalan "iPhone 6”nın qiymətində isə hələ heç bir dəyişiklik baş verməyib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol