• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada maliyyə böhranı Azərbaycana gələn turistlərin sayına təsir etdi

Rusiyada maliyyə böhranı Azərbaycana gələn turistlərin sayına təsir etdi
31.08.2015 17:35
Rusiyadan Azərbaycana istirahət üçün gələn turistlərin sayı azalıb.
 
Bunu Trend-ə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, şimal qonşumuzdan Azərbaycana gələn turistlərin sayının azalması orada yaşanan iqtisadi böhranla əlaqadardır. Ötən il Azərbaycana 500 min turistin gəldiyini deyən A.İsmiyev qeyd edib ki, onların arasında çoxluğu rusiyalılar təşkil edib: "Azərbyacana İran, Türkiyə, Gürcüstan və Rusiyadan hər il çox sayda turist gəlir. Ötən il Azərbaycana gələn rusiyalı turistlərin sayı bu il təəssüf ki, azalıb. Təbii ki, bunun səbəbi var. Hazırda dünyada, xüsusən də Rusiyada yaşanan böhran insanların sosial şəraitinə də təsirsiz ötüşmür. Ona görə də Rusiyadan Azərbaycana gələnlərin sayı avtomatik olaraq azalır”.

A.İsmiyev bildirib ki, bir sıra bölgələrdə yeni mehmanxanaların açılması ümumilkdə Azərbaycanda turizm sektorunun inkişafına səbəb olub: "Hər il olduğu kimi bu il də bir sıra bölgələrdə turizm obyektləri açılıb. Düşünürəm ki, bu da Azərbaycanda turizmin inkişafına töfhəsini verib. Sentyabr ayında ilin yekunları ilə bağlı nəticələr bilinəcək. Həmin nəticələr əsasında bu il Azərbaycana nə qədər turistin gəldiyi və daha çox hansı bölgələrimizə getdikləri məlum olacaq”.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol