• $
  • €
  • ₽
  • ₺
  • £

Sənaye portalı fəaliyyətə başlayır

Sənaye portalı fəaliyyətə başlayır
09.09.2015 00:17
Azərbaycan sənayesi, bu sahədə görülən işlər və həyata keçirilən layihələr barədə ictimaiyyətin daha geniş məlumatlandırılması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "http://www.senaye.gov.az” portalı istifadəyə verilib.
 
Nazirlikdən qeyd edilib ki, portalda Azərbaycanda uğurla həyata keçirilən sənayeləşmə siyasəti, bu sahə ilə bağlı qanunvericilik, sənayenin inkişaf tarixi, icrası başa çatmış və hazırda həyata keçirilən layihələr, sənaye parkları və sənaye məhəllələri, sənayenin müxtəlif sahələri üzrə araşdırmalar, ölkə sənayesi ilə bağlı maraqlı faktlar və digər məlumatlar yerləşdirilmişdir.
 
Portalda yerləşdirilmiş sənaye sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin kataloqunda bu müəssisələrin məhsulları, ixrac ölkələri və s. barədə məlumatlar verilir.
 
 
Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən portala "CV bank” bölməsi də inteqrasiya edilmişdir. Bu bölmədə iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən sənaye sahəsi üzrə ixtisaslı kadrlara dair məlumatlar yerləşdirilmişdir ki, sənaye müəssisələri bu bazadan istifadə etməklə ehtiyacı olan kadrlarla əlaqə yarada bilərlər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol