• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”dən ikiqat Gündəlik İnternet

“Bakcell”dən ikiqat Gündəlik İnternet
09.09.2015 17:26
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinə yüksək sürətli mobil interneti daha sərfəli şərtlərlə təqdim edir.

Artıq CIN abunəçiləri gündə cəmi 10 qəpik ödəməklə Gündəlik İnternet paketini ikiqat həcmdə əldə edə bilərlər. Sentyabrın 1-dən etibarən aktivləşdirilən kampaniya sayəsində Bakcell abunəçiləri asanlıqla 25 MB əvəzinə 50 MB həcmində yüksək sürətli mobil internetdən yararlana bilərlər.

"Bakcell şirkəti ölkənin mobil internet bazarında lider mövqeyə sahibdir. 4G xidmətinin istifadəyə verilməsinin ardınca şəbəkəmizdə internetdən istifadə edən abunəçilərin sayında davamlı artım müşahidə edirik. Biz abunəçilərimizə yüksək keyfiyyətli internet üçün çox sərfəli qiymətlər təklif edirik. Bu kampaniya çərçivəsində abunəçilərimiz eyni qiyməti ödəməklə ikiqat artıq internet əldə edəcəklər ki, bu da bazarda ən yaxşı təklifdir”,- deyə Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.

Gündəlik İnternet paketinin aktivləşdirilməsi çox asandır, bunun üçün sadəcə olaraq telefonda *189*1#Yes kodunu yığmaq yetərlidir. Gündəlik İnternet paketinin aktivləşdirilməsindən sonra abunəçilər ilk 5 gün ərzində internetdən PULSUZ faydalana biləcəklər. Gündəlik İnternet paketinə qoşularkən xidmət haqqı olaraq abunəçinin balansından 0.50 AZN dəyərində birdəfəlik xidmət haqqı çıxılacaq. 5 günlük müddət bitdikdən sonra Gündəlik İnternet paketi hər gün yenilənəcək və abunəçinin balansına gündəlik qaydada 50 MB həcmində internet trafiki yükləniləcək. Hər bir gündəlik yenilənmədən sonra abunəçinin balansından 10 qəpik çıxılacaq.

Kampaniyanın şərtləri haqqında daha ətraflı məlumatı bu keçiddən əldə etmək olar: http://www.bakcell.com/az/2-times-more-daily-internet

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol