• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzəryanı ölkələrin nəqliyyat nazirləri “Şimal-Cənub” dəhlizini müzakirə edəcəklər

Xəzəryanı ölkələrin nəqliyyat nazirləri “Şimal-Cənub” dəhlizini müzakirə edəcəklər
16.09.2015 11:00
Xəzəryanı dövlətlərin nəqliyyat nazirləri cari ilin dekabr ayında İranda "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin perspektivlərini müzakirə edəcəklər.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşrıqılar üzrə səfir İqor Bratçikov bildirib.

"Əgər "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi inşa edilərsə, o zaman Qərbi Avropa və İran körfəzindəki İran limanları arasında yüklər dairə vuraraq dəniz yolu ilə keçdiyi xəttdan iki dəfə tez keçəcək. Bu sərfəli və ucuz başa gələrdi. Ölkələrimizdə müvafiq terminalları tikmək lazımdır ki, bu iş irəliləsin”, - İ.Bratçikov Həştərxanda jurnalistlərə bildirib.

O, qeyd edib ki, hal-hazırda nəqliyyat dəhlizinin işi qaydaya salınmayıb.

"Və biz konteynerlərin göndərilməsindən bunun bəzən tez, bəzən isə daha uzun çəkdiyini görürük. Bu zəncirvari işi nəzrdən keçirmək, yenidən işləmək lazımdır. Bu, nəqliyyat nazirlərinin İranda dekabrda baş tutacaq görüşün əsas məsələsi olacaq”, - RF prezidentinin xüsusi nümayəndəsi izah edib.

Xəbər verildiyi kimi Rusiya, İran və Hindistan 2000-ci ildə "Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasına dair dövlətlərarası saziş imzalayıblar. Sonradan müqaviləyə Azərbaycan, Ermənistan, Belarusiya, Qazaxıstan, Oman, Suriya qoşuldu. Türkiyə və Ukrayna da müqaviləyə qoşulmaq üçün müraciət ediblər.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol