Hökumət neftin qiymətinin 50 dollar səviyyəsində qaalcağını proqnozlaşdırır

Azərbaycan hökuməti qarşıdakı 4 ildə dünya bazarında neftin 1 barrelinin qiymətini 50 ABŞ dolları səviyyəsində proqnozlaşdırır.
"APA-Economics”in məlumatına görə, bu barədə məlumat Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində əks olunub.
Sənəddə 2016-2019-cu illər ərzində qara qızılın baza qiymətinin bu səviyyədə qalacağı proqnozlaşdırılır.
Qeyd edək ki, növbəti il üçün beynəlxalq maliyyə təşkilatlarının proqnozlarını və neftin qiymətindəki qeyri-müəyyənliyi nəzərə alaraq, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün 50 dollar götürülüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















