• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell “İlin Mobil Operatoru” seçildi

Azercell “İlin Mobil Operatoru” seçildi
18.12.2015 17:35
Ölkənin lider mobil operatoru Azercell Telekomun nailiyyətləri sırasına daha bir uğur əlavə olunub. 

Şirkət "Consulting&Business" jurnalının təsis etdiyi İlin Şirkəti 2015 mükafatının "İlin Mobil Operatoru” nominasiyası üzrə qalib seçilib. Mobil rabitə sahəsində ən innovativ meyyləri ölkədə təqdim edən Azercell şirkəti telekommunikasiya xidmətlərinin inkişafına verdiyi töhfəyə, həyata keçirdiyi uğurlu layihələrə və yeniklərə görə mükafatlandırılıb. Azercell Telekom MMC-nin yeni təyin olunmuş prezidenti Vahid Mürsəliyev mükafatı qəbul edərək "Consulting&Business" jurnalının idarə heyətinə şirkəti bu ada layiq gördüyünə görə, ilk növbədə isə Azercell-i öz mobil operatoru kimi seçən 4.5 milyon abunəçiyə minnətdarlığını bildirib. Vahid Mürsəliyev öz çıxışında Azercell-in 2015-ci ildə istər mobil rabitə, istərsə də sosial fəaliyyət istiqamətində bir sıra mühüm layihələr həyata keçirdiyini vurğulayıb. "Azercell şirkəti yarandığı gündən daim müştərilərinə ən yüksək xidməti təqdim etməyə və Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olmağa çalışıb. Bütün bu illər ərzində xidmətlərimizin və şəbəkəmizin mükəmməlliyi üzərində fokuslanaraq, texnoloji innovasiyalar sahəsində də nümunəvi şirkət olmağı vacib saymışıq”- deyə şirkət prezidenti bildirib.

Qeyd edək ki, İlin Şirkəti Milli mükafatı "Consulting&Business" jurnalı tərəfindən 2006-cı ildə təsis olunub və Azərbaycanda biznes və iqtisadiyyat sahəsində ən nüfuzlu mükafatlardan biri sayılır. "İlin Şirkəti” milli iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmiş təşkilatlara təqdim olunur.



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol