• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” və “Rabitə” idman klubu tərəfdaşlıq müqaviləsi imzaladılar

“Nar” və “Rabitə” idman klubu tərəfdaşlıq müqaviləsi imzaladılar
22.12.2015 16:06
Mobil operator Olimpiya, dünya və Avropa oyunları kimi müxtəlif beynəlxalq yarışların qaliblərini yetişdirmiş idman klubunun rəsmi tərəfdaşı oldu.

Özünün baslıca dəyərlərindən olan komanda işi və əməkdaşlıq prinsipini əldə rəhbər tutan "Nar” idmanın inkişafına xüsusi önəm verməyə davam edir.

30-dan çox peşəkar boksçunu öz ətrafında birləşdirən "Rabitə” idman klubunun yetişdirməsi olan Azərbaycan idmançıları Olimpiya oyunları, Dünya və Avropa çempionatları, eləcə də Azərbaycan birinciliklərində yüksək nəticələr göstərərək, müxtəlif uğurlara imza atmışlar. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2010-cu ildə təsis edilmiş "Rabitə” idman klubunun yeniyetmə, gənc və böyüklərdən ibarət boksçuları 5 illik dövr ərzində müxtəlif beynəlxalq turnirlərdə 77-si qızıl, 57-si gümüş və 103-ü bürünc olmaqla, 237 medal qazanaraq yüksək nəticə göstərmişlər.

Bu il Bakıda keçirilmiş ilk Avropa oyunlarının yeganə telekommunikasiya tərəfdaşı olmuş "Nar” hər zaman müxtəlif idman növlərinin inkişafına öz töhfəsini verir və vacib idman yarışlarının dəstəkçisi qismində çıxış edir. Qələbələrlə zəngin tarixi olan və Olimpiya oyunları kimi mötəbər idman yarışlarının qaliblərini yetişdirən "Rabitə” idman klubu ilə əməkdaşlıq məhz bu strategiyanın davamıdır.

"Nar” milli idmanı dəstəkləməyə davam edir və Azərbaycan idmançılarının ən yüksək zirvələri fəth edəcəklərinə inanır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol