• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar Walk” tətbiqi abunəçilərin istifadəsinə verildi

“Nar Walk” tətbiqi abunəçilərin istifadəsinə verildi
22.01.2016 11:17
Tətbiq vasitəsilə ən çox "nar dənəsi” toplayan istifadəçilərə hədiyyələr veriləcək

"Nar” daha bir innovativ tətbiqi öz abunəçilərinin istifadəsinə verdi. "Nar Walk” tətbiqi vasitəsilə insanlar gəzdikləri məsafəyə görə xallar toplaya bilirlər və bu xallar əsasında hədiyyələr qazanırlar. Xallar "nar dənələri” (ND) kimi qeyd olunur və qət edilən hər 100 metr məsafəyə görə istifadəçiyə 1 ND təqdim olunur.

"Nar” ND toplayan istifadəçilər arasında müsabiqə keçirməyə qərar verdi. Belə ki, yanvar ayının sonunadək ən çox ND toplamış ilk 3 istifadəçiyə müvafiq olaraq "Jawbone UP2”, "iPod Shuffle” və "Energy” akkumulyatoru hədiyyə ediləcək.

Qeyd edək ki, istifadəçilər öz "Facebook” hesablarını da tətbiqə əlavə edərək, dostlarının fəaliyyəti – onların nə qədər gəzərək məsafə qət etmələri, neçə xal toplamaları və s. barədə məlumatı görə bilərlər.

Tətbiqi yükləmək və müsabiqəyə qoşulmaq tam olaraq ödənişsizdir. Azərbaycanda bir ilk olan bu layihənin əsas məqsədi əyləncəli üsulla insanları sağlam həyat yaşamağa səsləməkdir. İstifadəçilər tətbiqi yükləmək üçün www.narwalk.com internet səhifəsinə daxil ola bilərlər. Tətbiq haqqında daha ətraflı məlumat almaq üçün "Nar” operatorunun rəsmi "Facebook”, "Twitter” və "Instagram” səhifələrinə, o cümlədən 777 Çağrı mərkəzinə müraciət etmək kifayətdir.




www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol