• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank Asiya İnkişaf Bankı ilə institusional inkişaf üzrə tərəfdaşlığa başlayır

AccessBank Asiya İnkişaf Bankı ilə institusional inkişaf üzrə tərəfdaşlığa başlayır
05.02.2016 13:02
 AccessBank Asiya İnkişaf Bankı (AİB) ilə 2018-ci ilin sonunadək çərçivə müqaviləsi imzalayıb. 

Sazişə əsasən AİB Bankın institusional inkişafı və potensialının daha da güclənməsi üçün dəstək verəcək. Bu əməkdaşlıq çərçivəsində AİB iki strateji sahədə -
elektron bankçılığa əsaslanan pərakəndə xidmətlərin inkişafı, eləcə də şəhər və kəndlərdə fəaliyyət göstərən kiçik və orta biznes (KOB) müştəriləri üçün qeyri-maliyyə xidmətlərinin tətbiqi istiqamətində Banka texniki yardım göstərəcək.

"Biz AİB ilə uğurlu tərəfdaşlığımızı genişləndirməkdən məmnunuq və bu yeni razılaşmanı bizə və uzunmüddətli münasibətlərimizə göstərilən etimad kimi dəyərləndiririk. Mən əminəm ki, bu əməkdaşlıq sayəsində Bankımız ölkədə fəaliyyət göstərən bütün müştərilərimizin rahatlığı üçün xidmətlərini daha da təkmilləşdirəcək və məhsul çeşidlərini genişləndirəcək”, - deyə AccessBank-ın İdarə Heyətinin Sədri Michael Hoffmann bildirib.

"Sahibkarlara dəstək məqsədi ilə AİB-nın özəl sektorda keçirdiyi əməliyyatlar çərçivəsində AccessBank-la əməkdaşlıq etməkdən çox şadıq. Bu əməliyyatların köməyi ilə AİB xüsusən Azərbaycan regionlarında, sahibkarlara maliyyə xidmətlərinin göstərilməsinə və onların təşkilati imkanlarının genişləndirilməsinə şərait yaradır”, - deyə AİB-nın Dövlət İdarəçiliyi, Maliyyə Sektoru və Ticarət məsələləri üzrə Direktoru Rainer Hartel bildirib. Manila şəhərində təsis olunan AİB dövlət və özəl sektorlarda əməliyyatlar həyata keçirməklə,
hərtərəfli və dayanıqlı iqitsadi inkişafı stimullaşdıraraq Azərbaycanı dəstəkləyir.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank Azərbaycanda aparıcı universal bank olaraq mikro və orta ölçülü bizneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Ölkə üzrə geniş filiallar şəbəkəsinə malik olan Bankda 1800 yaxın əməkdaş çalışır və tam çeşidli xidmətlər təklif edir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol