• $
  • €
  • ₽
  • ₺
  • £

Bank of Baku-nun İnternet Bankçılıq xidmətindən hər kəsi sevindirəcək YENİLİK!

Bank of Baku-nun İnternet Bankçılıq xidmətindən hər kəsi sevindirəcək YENİLİK!
12.04.2016 16:15
Bank of Baku, "İnternet bankinq”-də xidmətlərin çeşidini və istifadə imkanlarını genişləndirdi. Tətbiq edilən yeniliklər sayəsində, müştərilər indi bank xidmətlərindən olduqları yerdən asılı olmayaraq daha rahat və sərfəli tariflərlə istifadə edə biləcəklər.

Əsas yeniliklərdən biri ondan ibarətdir ki, artıq Bank of Baku müştəriləri müxtəlif hesablar arası pul köçürmələrini filiala yaxınlaşmadan, əlavə vaxt itirmədən, dünyanın istənilən yerində yalnız birdəfəlik şifrə ilə təsdiqləyərək, icra edə biləcəklər.

Bəs bu xidmətin ƏSAS ÜSTÜNLÜKLƏRİ hansılardı?:

1. Ölkədaxili pul köçürmə imkanı – artıq internet bankçılığa qoşulmuş Bank of Baku müştəriləri bütün öz və digər şəxslərin yerli bank hesablarına pul köçürmələri edə biləcəklər, üstəlik xidmətdən 50%-dək daha aşağı tariflə faydalanacaqlar. Köçürmələr birdəfəlik şifrə əsasında icra olunacaq və müştərilər mobil nömrəyə sms-lə gələn birdəfəlik şifrə ilə təsdiq edərək hesabda olan vəsaiti köçürmə imkanı əldə edəcəklər.

2. Bankdaxili hesablar arası köçürmə PULSUZ – müştərilər Bank of Baku-da olan öz şəxsi və ya digər şəxslərin hesablarına pul köçürməsini pulsuz edə biləcəklər. Əməliyyat heç bir kommissiya haqqı tutulmadan icra olunur;

3. Təhlükəsizlik məqsədilə birdəfəlik şifrədən istifadə imkanı – internet bankinq xidməti vasitəsilə icra olunan istənilən pul köçürməsi və digər xidmətlərin icrası birdəfəlik şifrə təsdiqinin əsasında aparılır. Şifrə müştərinin mobil nömrəsinə SMS şəklində göndərilir və müəyyən müddət ərzində istifadə olunmadıqda etibarsız sayılır;

4. Vaxta və büdcəyə qənaət – onlayn xidmətdən istifadə müştərilərə olduqları yerdən asılı olmayaraq günün istənilən saatında əməliyyatı icra etmələrinə imkan yaradır. Bununla da, müştərilər filialdaxili etdikləri əməliyyatla müqayisədə əsas iki üstünlüyə sahib olurlar: a) filialdaxili əməliyyat üçün sərf olunan vaxta qənaət olunur; b) bankdaxili hesablararası pul köçürmələri tamamilə pulsuz, digər banklarda olan hesablara isə 50%-dək daha ucuz həyata keçirilir.

İnternet bankinq xidmətilə, birdəfəlik şifrə təsdiqi əsasında bankdaxili pul köçürmələrinə 1000 AZN/USD/EUR, bankxarici köçürmələrinə isə 300 AZN/USD/EUR məbləği həcmində gündəlik limit təyin olunub. Xidmətdən gündəlik olaraq maksimum 3 dəfə, aylıq olaraq isə 30 dəfə istifadə etmək olar. Daha çox sayda və məbləğdə əməliyyat etmək istəyən fiziki şəxslər,

Asan imzadan istifadə etməklə xidmətdən faydalana bilərlər. Əməliyyatlarını Asan imza əsasında həyata keçirən sahibkarlar və hüquqi şəxslər üçün xidmətdən istifadə limitsizdir.

Bankın təqdim etdiyi internet bankinq xidməti, eləcə də tarif və limitlər haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

Daha ətraflı:

145 məlumat mərkəzi 
www.bankofbaku.com
 www.facebook.com/bankofbaku

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol