Mərkəzi Bankının valyuta ehtiyatları apreldə artıb

Aprel ayındakı artım 1,3% təşkil edib
Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-cı il mayın 1-nə 4 120,6 mln. ABŞ dolları təşkil edib. "Report" AMB-yə istinadən xəbər verir ki, rəsmi valyuta ehtiyatlarının həcmi aprelin 1-nə olan göstərici ilə müqayisədə 54,8 mln. dollar və ya 1,34% artıb.
Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə olan rəsmi valyuta ehtiyatlarının həcmi ilə müqayisədə azalma 896,1 mln. dollar və ya 17,9% təşkil edib. Keçən ilin analoji dövrünə nisbətən isə ehtiyatlar 4 267,3 mln. dollar və ya 50,0% azalıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























