• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən məşhur Oracle mütəxəssisləri Azərbaycanda

Dünyanın ən məşhur Oracle mütəxəssisləri Azərbaycanda
16.05.2016 17:47
Mayın 14-də ölkəmizdə ilk dəfə olaraq möhtəşəm Oracle konfransı baş tutub. Nüfuzlu Oracle USA şirkəti tərəfindən təşkil edilən və Azercell tərəfindən dəstəklənən bu təşəbbüs OTN (Oracle Technology Network) EMEA turu tərkibində görüş formatında keçirilib.

Azercell-in sponsorluğu ilə EMEA turu çərçivəsində dünyanın ən məşhur 4 Oracle mütəxəssisi öncə Almaniyada, daha sonra İtaliya və Azərbaycanda İT həvəskarları ilə görüşüblər. Onlar Bakıda öz təcrübələrini paylaşaraq, tədbir iştirakçılarını ən son texnoloji yeniliklərlə tanış ediblər. OTN görüşü çərçivəsində Böyük Məlumat bazalarının yenilənməsi, məlumatın sorğulanmasında gecikmələrin aradan qaldırılması və verilənlər bazasından istifadə zamanı istifadə edilən proqram təminatları barədə mühazirələr səslənib.

Görüş zamanı ümumilikdə 7 çıxış baş tutub. Yekun sessiyada 1 saatlıq panel diskussiyası təşkil olunub və burada iştirakçıların suallarına vaxt ayrılıb. Maraqlı sual verən iştirakçılara xüsusi hədiyyələr təqdim olunub və püşkatma nəticəsində iştirakçılardan 2 nəfəri hədiyyə olaraq "Oracle” kursu əldə edib.

Konfransda dünyanın ən məşhur Oracle mütəxəssisləri olan Christian Antognini, Mike Dietrich, Joel Perez və Bjoern Rost kimi İKT ulduzları çıxış edib.

Qeyd edək ki, bu maraqlı tədbirə giriş pulsuz olub və konfransa 160 nəfərdən çox iştirakçı qatılıb.

Azərbaycanda İKT-nin inkişafına dəstək verən öncül şirkət kimi məhz Azercell Telekom MMC-nin bu təşəbbüsü dəstəkləyəcəyi şübhəsiz idi. Belə ki Azercell Azərbaycanlı gənclərin İKT sahəsində biliklərinin artmasına, onların dünya səviyyəli peşəkarlara çevrilməsinə yardım olan hər bir tədbirə yardımçı olur. Şirkət universitetlərin istedadlı tələbələri, SABAH qruplarının üzvləri üçün mütəmadi olaraq maraqlı görüşlər təşkil edir. Azercell Azərbaycanda TEDx toplantısının keçirilməsinə, Azərbaycan Qadınlarının İKT Klubunun layihələrinin reallaşmasına, bacarıqlı gənclərin biznes dialoqu platformasına çıxmasına kömək edib. Azercell-in dəstəyilə fəaliyyət göstərən Barama İnnovasiyalar Mərkəzində indəyədək onlarla gənc öz layihəsini dünya bazarına çıxarmağa, şəxsi şirkət qurmağa nail olub. Ümid edirik ki, Oracle konfransı da bu sahəyə maraq göstərən, karyera qurmaq istəyən gənclərin seçim etməsinə yardımçı olacaq.





www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol