Keçid banklar yaradılacaq - Azərbaycanda

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə keçid bankların yaradılması üçün normativ-hüquqi baza hazırlayır.
Bu sözləri Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, hazırlanan qanun layihəsi problemli banklara təyin olunan müvəqqəti administratorların səlahiyyətlərinin artırılmasına yol açacaq.
Keçid bankı ödəniş qabiliyyəti olmayan bankların bazardan çıxması prosesində yaradılan maliyyə qurumudur.
Bu cür bankın investorlara satılacağı günə qədər bank səhmlərinin idarə olunması Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna keçir.//Trend
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























