• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” BakuTel sərgisində ən son yeniliklərini təqdim edəcək

“Nar” BakuTel sərgisində ən son yeniliklərini təqdim edəcək
28.11.2016 16:09
"Nar” BakuTel-2016 22-ci beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində iştirak edəcək. Mobil operator hər il olduğu kimi bu il də sərgidə özünün ən son yeniliklərini təqdim etməyi planlaşdırır. 

Dörd gün ərzində davam edəcək sərginin qeydiyyat sponsoru olan "Nar” sərgi müddətində müasir rabitə tələbləri – ev üçün internet və IPTV xidmətləri, mobil rabitə üçün danışıq və internet, həmçinin SMS xidmətlərinin vahid platforma üzərindən təqdim edilməsini nəzərdə tutan tamamilə yeni "Qutu” məhsulunu, yüksəksürətli məlumat mübadiləsini təmin edən LTE-A (LTE-Advanced) şəbəkəsini, "Augmented Reality” virtual reallıq texnologiyasını və digər yeniliklərini sərgi iştirakçılarına təqdim edəcək.

Sərgi zamanı "Nar” özünün çoxfunksiyalı rabitə strategiyası çərçivəsində təqdim etdiyi "Qutu” məhsulunu ilk dəfə ictimaiyyətin diqqətinə çatdıracaq. Bu məhsulun əsas mahiyyəti müasir rabitə tələblərinin vahid platforma üzərindən idarə olunmasıdır. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq "Nar” özünün "Qutu” məhsulu ilə abunəçilərinə eyni platforma üzərindən mobil rabitə, eləcə də fiber-optik texnologiya əsasında yüksəksürətli sabit internet və IPTV xidmətlərini vahid ödəniş ilə təklif etməyi planlaşdırır. "Qutu” sayəsində abunəçi artıq ayrı-ayrı xidmətləri əldə etmək üçün əlavə vaxt itirməyəcək, bütün xidmətləri bir paketdə əldə edərək ümumi xərclərinə qənaət edə biləcək və həftədə 7 gün 24 saat özəl müştəri xidmətlərindən faydalanmaq fürsəti qazanacaq.

Qeyd edək ki, bu məhsulu 2017-ci ilin yanvar ayından etibarən əldə etmək mümkün olacaq. Sərgi günlərində "Nar” Bakutel stendində və ya dekabr ayı ərzində rabitə operatorunun internet səhifəsində (nar.az) qeydiyyatdan keçmiş abunəçilər arasından təsadüfi seçilmiş 100 nəfər "Pulsuz ay” fürsətindən yararlanmaq şansı əldə edəcək.

Sərgidə nümayiş etdiriləcək yeniliklərdən biri də genişləndirilmiş "Nar” şəbəkəsinin məhsulu olan LTE-A (LTE-Advanced) innovativ texnologiyasıdır. Sərgi iştirakçıları LTE-A test sınamasında iştirak edərək "Nar” şəbəkəsinin təqdim etdiyi yüksəksürətli internet bağlantısını bilavasitə sınaqdan keçirə biləcəklər.

Bundan əlavə, "Nar” stendinin ziyarətçiləri yeni "Yerlim” tarifinin tanıdılması çərçivəsində Azərbaycanda ilk dəfə olaraq ölkə coğrafiyasında virtual səyahət etmək imkanı verən və virtual reallıq texnologiyasına əsaslanan "Augmented Reality” interaktiv turunun birbaşa iştirakçısı ola biləcəklər.

"Nar” hər bir kəsi 29 noyabr-2 dekabr 2016-cı il tarixləri arasında Bakı Ekspo Mərkəzində keçiriləcək BakuTel-2016 22-ci beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları” sərgisindəki "Nar” stendinə dəvət edir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
İqtisadiyyat 17:28
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
İqtisadiyyat 17:24
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:17
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:12
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
İqtisadiyyat 14:37
"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
Xəzər sahilində 3 200-dən çox tikilidə qanunvericiliyə uyğunsuzluq aşkarlanıb
İqtisadiyyat 11:41
Xəzər sahilində 3 200-dən çox tikilidə qanunvericiliyə uyğunsuzluq aşkarlanıb
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
İqtisadiyyat 10:13
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
Azərbaycan nefti 97 dollara ticarət olunur
İqtisadiyyat 09:58
Azərbaycan nefti 97 dollara ticarət olunur
Qızlın qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:25
Qızlın qiyməti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol