“WhatsApp” istifadəçilərini daha bir yenilik gözləyir

"WhatsApp” messenceri istifadəçilərini eksklüziv yeniliklə sevindirir.
anews.az lent.az-a istinadən xəbər verir ki, artıq istifadəçilər rəngli mətn statusları yaza biləcəklər.
"WhatsApp”dakı statuslar qısa bildirişlərdən ibarətdir və bir neçə gün ərzində qala bilir. Sonradan isə proqram tərəfindən silinir. "VKontakte” və "Instagram” sosial şəbəkələrində bu seçim "histories” adlanır. Xatırladaq ki, rəngli statusları bu messencerin məxsus olduğu "Facebook” sosial şəbəkəsində də dərc etmək mümkündür.
"WhatsApp” nümayəndələri bildirirlər ki, statusun yeni imkanları avqustun əvvəlindən sınaq mərhələsindədir və bundan hələlik müəyyən istifadəçilər istifadə edə bilirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























