• $
  • €
  • ₽
  • ₺
  • £

Qurbanlıq bazarında qiymətlər: Satıcı yalan danışdı - VİDEO

Qurbanlıq bazarında qiymətlər: Satıcı yalan danışdı - VİDEO
31.08.2017 16:28
Qurban bayramı İslam dünyasında ən müqəddəs bayramlardan sayılır. Müsəlmanların sevərək qeyd etdiyi Qurban bayramına ölkəmizdə də böyük maraq var.

Bayramla əlaqədar Bakı şəhərində və şəhərətrafı qəsəbələrdə qurbanlıq heyvanların satış məntəqələri fəaliyyətə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyi süni qiymət artımının qarşısını almaq üçün Bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.

AzVision.az-ın əməkdaşları paytaxtda təşkil olunan qurbanlıq heyvanların satış məntəqəsinə baş çəkərək qiymətlərlə maraqlanıb.

Təbriz küçəsində yerləşən satış məntəqəsində Qurbanlıq heyvan satışı ilə məşğul olan Əbülfəz Həşimli deyib ki, onlarda qiymətlər alıcıların cibinə uyğundur.

"Qoyunları ismayıllıdakı təsərrüfatımdan gətirmişəm. Burada üstünlüyü quzu və qoçlar təşkil edir. Diri heyvanın qiyməti 90 manatdan başlayır. Ümumilikdə heyvanların qiyməti 230 manatdan baha deyil. Çalışırıq, müştərilər bizdən razı qalsınlar. Qurbanlıq heyvanları diri də satırıq, istəyən olanda, kəsirik də. 10 kiloqramlıq quzunu 110 manata satırıq. Çəkisi 20 kiloqram olanda, 180 manata razılaşırıq".

Ə.Həşimli deyib ki, alıcılar daha çox çəkisi az olan heyvanlarla maraqlanırlar: "Kimin pulu nəyə çatırsa, ona uyğun qurbanlıq alır. Burada qəssablarımız da var. Kim istəsə, heyvanı kəsdiririk. Kəsib satanda quzunun kiloqramını 11 manata veririk. Qoçu isə 10 manata”.

Satıcılar kamera qarşısında qiymətlərin ucuz olduğunu desələr də, müştərilərə təklif olunan rəqəmlə tamamilə fərqli idi. Çəkiliş zamanı deyildiyi ki, quzu ətinin bir kiloqramı 11 manata deyil, azı 12 manata müştərilərə təklif olunur.

"Üzürlü sayın, yalan danışmağa məcbur olduq. Bizi başa düşün. Yol xərci, yer xərci çoxdur. O qədər əziyyət çəkmişik, heç olmasa bizə də 5-10 manat pul qalsın"- satıcılardan biri deyib.
 
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol