• $
  • €
  • ₽
  • ₺
  • £

Fermerlər şad xəbər

Fermerlər şad xəbər
09.09.2017 13:14
Azərbaycan fermerlərinə kartof, qarğıdalı əkinlərində, meyvə bağlarında zərərvericilərlə mübarizə üsulları öyrədiləcək.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkənin müxtəlif regionlarında fermerlər üçün zərərverici orqanizmlərə qarşı mübarizə ilə bağlı təlimlər keçiriləcək.

Təlimlər nazirliyin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində təşkil olunur.

Təlimlərin təşkilində məqsəd Azərbaycan fermerlərini hazırda qabaqcıl kənd təsərrüfatı ölkələrində tətbiq edilən müasir, yüksək səmərəli, ekoloji cəhətdən təhlükəsiz pestisidlər haqqında məlumatlarını artırmaq, müasir metodlardan istifadə edərək mübarizə işinin təşkil etmələrinə və onlarda bitki mühafizəsi sahəsində peşəkarlıqlarının formalaşmasına yardım etməkdir.

Ölkənin bitki mühafizəsi istiqamətində çalışan mütəxəssis və alimlərinin aparacağı təlimlər əvvəlcədən müəyyən edilmiş 3 bitki - kartof, qarğıdalı və meyvə bağları üzrə Tovuz, Samux, Quba rayonunda aparılacaq. Ekstensiv təlimlər sahə nümayişləri ilə də müşayiət olunacaq.

Qida təhlükəsizliyi üçün vacib addım kimi, zərərvericilərə qarşı doğru mübarizə fermerlərin pestisidlərdən səmərəli istifadəsinə nail olmağa, hektara düşən "pestisid yükünü" azaltmağa, ətraf mühitin çirklənməsinin qarşısına almağa xidmət edəcək və becərilən məhsulun sağlamlığını qorumaqla bazarda rəqabət qabiliyyətini artıracaq.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol