• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “Influencer Day Baku” tədbiri keçirildi – FOTOLAR

Bakıda “Influencer Day Baku” tədbiri keçirildi – FOTOLAR
02.10.2017 17:07
Hər kəsin səbirsizliklə gözlədiyi Influencer Day Baku tədbiri 2017-ci il 30 sentabr tarixində baş tutdu. Tədbir haqqında məlumatlar, şəkillər sürətlə bütün sosial mediaya yayıldı. 300 nəfərin qatıldığı Influencer Day Baku  ilk dəfə keçirilməsinə rəğmən, çox uğurlu keçdi və hər kəsdə uzun müddət yaddaşlardan silinməyəcək iz, maraqlı təəssüratlar qoydu. Tədbir maraqlı və maarifləndirici olmaqla yanaşı, yeni biznes əlaqələrinin yaranmasına səbəb oldu.
 Emin Vəli Sosial Era marketinqi haqqında,Vaqif Abbasov Keepface Influencer marketinqi haqqında, Elşad Yusifli isə Influencer və data analizi haqqında maraqlı çıxışlar etdi, daha sonra qonaqları maraqlandıran sualları cavablandırdılar.
 
 İrəlliləyə  dəqiqələrdə isə panel müzakirəsi başladı. Moderator Khazar Ventures-in həmtəsisçisi Məmməd  Kərim bəy, panel iştirakçıları isə Trade Mark Leo Burnett Azerbaijan-ın direktoru Abbas Fətullayev, Cavan.az layihəsinin marketinq direktoru Mehriban Həsənova, Azər Türk Bankın strateji planlaşdırma və marketinq şöbəsinin müdiri Leyla Məmmədova, aktyor və ssenarist Erkin Ergin, "Offside” səhifəsinin admini Ruslan Mirzəliyev idi. Panel iştirakçıları influencer marketinq haqqında təcrübələrini, Keepface influencer platforması haqqında təəssüratlarını bölüşdülər.
 
Nəhayət, hamının gözlədiyi influencerlərin mükafatlandırılması anı gəlib çatdı.İlk öncə onu qeyd edək ki, Keepface heyəti mükafatlandırma zamanı sosial mediada maraqlı və maarifləndirici məzmun yaradan, influencerlik fəaliyyətində yeni olan şəxslərə üstünlük verdi.
Son zamanlarda videoları ilə gündəm olan, sosial mövzulara toxunan - Əlixan Rəcəbov ,dəb sahəsində maraqlı,faydalı bloq yazıları yazan  - Şəbnəm Mahmudlu, makiyaj kateqoriyası üzrə son zamanlar paylaşımlarına görə tanınan - Nəzrin Əliyeva, faydalı videolarına həvəslə, sonuna qədər baxdığımız, zehnimizi silkələyən - Fuad Əliyev, cəmiyyətdə olan sosial mövzuları statusları ilə maraqlı şərh edən  - Həmid Həmidli, elmi-İntellektual paylaşımları ilə maraq qazanan - Yalçın İslamzadə, dünyada kəşf ediləcək yerləri bizlərə tanıdan, zirvələri sözün əsl mənasında fəth edən-Baba Ağayev, mütəmadi bloq yazıları ilə maarifləndirici tövsiyyələr verən - İlham Əli Yusif ,iştahımızı artıran, paylaşımları ilə göz zövqümüzü oxşayan - Günel Fərhadlı, həftə sonlarını xüsusi menuları ilə dadlandıran - Aygün İsmayılzadə, öyrədici videolar hazırlayan və Azərbaycan dilindəki məzmunların inkişafına dəstək olan ana bloqer - Səma Abıyeva öz fəaliyyətlərinə görə mükafatlandırıldılar.
 
Mükafatlandırma mərasimindən sonra qonaqlar Dreamland Baku Golf Villas & Residences-də yerləşən Sabis Sun Beynəlxalq məktəbi ilə tanış oldular. Orada yerləşən qolf mərkəzinə gedərək, təlimçilərin köməyi ilə ilk qolf təcrübələrini yaşadılar.Sonra isə Dreamland-də yerləşən villalara gedərək
Tədbir həzin caz sədaları altında,şam yeməyi və networking ilə davam etdi.
Tədbirin təşkilatçısı Keepface DMCC, baş sponsoru  Dreamland Baku Golf Villas & Residences, rəsmi telekom tərəfdaş isə Bakcell şirkətidir. Tədbirin digər sponsorları Chelebi, Hooki Cafe, Az-Granata, Vitam və Trade Mark Leo Burnett Azerbaijan şirkətləridir. Tədbirin lentə alinması və qonaqların rəsmlərinin çəkilməsi Gravity.inc komandasına aiddir. Photo ARTillery isə yerindəcə qonaqların rəsmlərini çəkib,çap edərək onlara bu gündən maraqlı xatirə qalmasını təmin etdi.

 
 
 













www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol