• $
  • €
  • ₽
  • ₺
  • £

Bankların bu qədər likvid vəsaitləri var

Bankların bu qədər likvid vəsaitləri var
17.10.2017 14:12
"Faiz gəlirlərinin azalması banklara çətinlik yaratmayacaq".

Anews.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, iki devalvasiyadan sonra bankların kredit portfelləri təbii olaraq azalmağa doğru meyillənib: "Eyni zamanda, devalvasiyalardan sonra dövlətin qəbul etdiyi qərarlar nəticəsində nağdsız hesablaşmalar birmənalı şəkildə artdı. 5,2 milyard manat nağd likvid vəsait və 1 milyard manata yaxın qiymətli kağızlar üzərinə yerləşdirilən vəsaitləri nəzərə alsaq, bank sektorunda qısa və uzunmüddətli olmaqla, ümumilikdə 6 milyard manatdan çox likvid vəsait yaranıb.

Eyni zamanda, bankların cəlb etdiyi valyuta vəsaitlərinin faiz dərəcələri kəskin aşağı düşdü. Manat vəsaitləri üzrə hazırda faiz dərəcələri enməyə doğrudur. Bankların hüquqi şəxslərə təqdim etdiyi manat və dollarda olan kreditlərin faiz dərəcələri aşağıya doğru çəkildi. Kreditlərin ümumi həcminin azalmasına görə faiz gəlirlərində aşağı meyillənmə faiz xərclərinin azaldılması hesabına kompensasiya olundu. Hesab edirəm ki, qarşıdakı dövr ərzində, yəni ilin sonu və 2018-ci ildə bankların kredit aktivliyi yüksələcək. Aktivliyin yüksəlməsi faiz gəlirlərinin aşağı enməsindən yaranan boşluğu ümumi həcmin artması hesabına təmin etmiş olacaq".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol