• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”-dan yenilənmiş “Günlük” paketləri

“Nar”-dan yenilənmiş “Günlük” paketləri
23.10.2017 17:10
"Nar” öz abunəçilərinin hər gün ölkədaxili dəqiqələr və MB-lar əldə etmələri üçün müxtəlif sərfəli təkliflər irəli sürür. Fərqli "Günlük” paketləri məhz belə təkliflərdəndir. Məsələn, "Günlük 59 qəpik” paketi ilə hər gün ölkədaxili bütün zənglər üçün 25 dəqiqə və 100 MB internet əldə edən abunəçi gündəlik mobil rabitə xərclərini nəzarət altında saxlaya bilir. Bunun üçün *777#59#YES kodunu yığmaq kifayətdir.

Mobil operatorun təklif etdiyi digər günlük paket "Günlük 40 qəpik” paketidir. Paket gündəlik olaraq avtomatik aktivləşir və hər gün cəmi 40 qəpik ödəməklə 200 MB internet trafiki əldə etmək fürsəti verir. Paketə qoşulmaq istəyənlər *777#24#YES şifrəsini yığa bilərlər.

"Günlük 10 qəpik” paketi isə kiçik məbləğ qarşılığında abunəçilər üçün hər gün onlayn olmaq fürsəti yaradır. Bu paket gündəlik olaraq avtomatik aktivləşir və hər gün cəmi 10 qəpik ödəməklə 30 MB internet trafiki əldə etmək imkanı verir. Bunun üçün *777#12#YES şifrəsini yığmaq lazımdır.

"Nar” mobil internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol