• $
  • €
  • ₽
  • ₺
  • £

Coğrafiya İnstitutu: Ağsu aşırımı tarazlığını tamamilə itirib

Coğrafiya İnstitutu: Ağsu aşırımı tarazlığını tamamilə itirib
24.10.2017 15:48
"Son zamanlar yağışların intensiv xarakter alması nəticəsində risk daşıyan ərazilərdə sürüşmələr intensivləşib. Həmin ərazilərdə nəinki sürüşmələr, digər təbiət hadisələrində də intensivlik müşahidə edilir. Bunun əsas səbəblərindən biri Azərbaycanda əhalinin sayının artması, insanların əvvəlki illərdən fərqli olaraq daha çox təhlükə daşıyan yamaclara, dağlıq ərazilərə meyl etməsidir”.
 
Bunu APA-ya açıqlamasında  Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib.
 
Onun sözlərinə görə, Azərbaycanda sürüşmə riski daşıyan ərazilər ən çox alçaq və orta dağlıq zonalardır. Şöbə müdiri qeyd edib ki, əvvəllər sürüşmələr orta dağlıq ərazilərdə daha intensiv olsa da, son zamanlar bu proses alçaq dağlıq əraziləri də əhatə edib.
 
M.İsmayılov deyib ki, orta dağlıq ərazilərə yağıntının daha çox, alçaq dağlıq ərazilərə isə az düşməsi sürüşmələrin baş verməsində mühüm rol oynayır. O vurğulayıb ki, son zamanlar dağlıq ərazilərin intensiv mənimsənilmə prosesi ilə əlaqədar alçaq və yüksək dağlıq hissələrdə sürüşmələr çox fəallaşıb: "Ağsu aşırımı həmişə sürüşmə baxımından fəal olub. Bu gün bizim cəmi 11 faiz meşəmiz var və bu rəqəm orta dünya göstəricilərindən 3 dəfə azdır. 11 faiz meşənin içərisində də turizm mərkəzlərinin yaradılması qətiyyən yolverilməzdir. Sürüşmələrin, sellərin fəallaşmasına səbəb olan amillərdən biri də budur. Məsələn, Ağsu aşırımında nə qədər istirahət zonaları yaradılıb, səth sularının axını tamamilə pozulub. Bunun nəticəsində Ağsu aşırımı bu gün öz tarazlığını tamamilə itirib. Orada şam ağacları əkilib. Amma bu ağacın kökü dərinə getmir və şam ağacı ilə yamac bərkitmə işləri görməzlər. Bunu botaniklər və digərləri də bilirlər. Biz sadəcə, hər şeyi tez həll etmək istəyirik. Amma yaxşı həll etmək daha yaxşıdır”.
 
Şöbə müdiri əlavə edib ki, bu gün ölkədə sürüşməyə qarşı tədbirlər çox zəif görülür. Onun sözlərinə görə, sürüşmənin qarşısını almaq üçün alçaq dağlıq zonalar üçün səciyyəvi olan bitkilərdən istifadə etmək olar: "Məsələn, kökü dərinə gedən saqqız ağacından istifadə etmək olur. Onların kökü dərinə getdiyinə görə laylarda sürüşməni müəyyən qədər azaldır”.  

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol