• $
  • €
  • ₽
  • ₺
  • £

Caspian Energy Medical Forum-a qeydiyyat başlayıb

Caspian Energy Medical Forum-a qeydiyyat başlayıb
03.11.2017 10:56
"Noyabrın 15-də Caspian Energy Forum-un Azərbaycanın Səhiyyə Nazirliyinin dəstəyilə keçiriləcək səhiyyəyə həsr olunmuş xüsusi sessiya (Caspian Energy Medical Forum) iştirakçılarının qeydiyyatı başlayıb”, - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

Telman Əliyev forumun açılışında səhiyyə sahəsində həyata keçirilən islahatlar, yeni texnologiyanın tətbiqi barədə danışacaq Azərbaycan Reslublikasının səhiyyə nazirinin müavini Elsevər Ağayevin iştirak edəcəyini qeyd edib.

Onun sözlərinə görə, forum çərçivəsində biznesmenlərə həmçinin səhiyyə sahəsi ilə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı yaradılacaq.

Biznes-forumda noyabrın 14-dək aşağıdakı link üzrə qeydiyyatdan keçmiş şirkətlər edə bilərlər: http://www.caspianenergy.org/index.php/registration/item/132-caspian-energy-business-forum-25-10-2017

Forumun bütün iştirakçı şirkətləri Caspian European Club-un idarə heyətinə keçiriləcək seçkilərdə iştirak etmək üçün bülleten əldə edəcəklər. Seçkilərin nəticəsi elə həmin gün təşkil olunacaq ənənəvi CEO Lunch Baku-da açıqlanacaq.

Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində, Avropa İttifaqı dövlətlərində ildə bir neçə dəfə keçirilən Caspian Energy Forum neft və qeyri-neft sektoru şirkətlərinin biznes əlaqələrinin qurulması, problem və təkliflərinin müzakirəsi üçün ənənəvi meydan rolunu oynayır.

Caspian European Club və Caspian American Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevdir.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda  Caspian Energy İnternational Media Group-un və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həmçinin orta və kiçik biznesin və startapların inkişafı üzrə layihələrə informasiya və təşkilati dəstək göstərir.  

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol