• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik bir neçə rayonda reyd keçirdi

Nazirlik bir neçə rayonda reyd keçirdi
07.11.2017 20:52
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ölkə ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də, ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə noyabrın 2-5-də reydlər keçirib.

Bu barədə anews.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Oğuz rayonu ərazisində keçirilən reydlər zamanı "ZİL”, "Kamaz”, "UAZ”, "Ural”, "Qaz-53”, "Qaz-66” markalı avtomobillər saxlanılıb və avtomobillərdə qanunsuz yolla əldə edilmiş, ümumilikdə 47,58 m3 həcmində palıd, fıstıq, vələs, qovaq cinsli meşə materiallarının aparıldığı aşkar edilib. Eyni zamanda, rayonun Padar, Sincan, Xalxalqışlaq, Ərmənət, Tayıflı, Qalınçaq, Çəmənli və Mollalı kəndlərinin 25 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı və 114,9 m3 həcmində qanunsuz meşə materialından istifadə edildiyi müəyyən olunub.

İsmayıllı rayonu ərazisində keçirilən reydlər zamanı "ZİL”, "Kamaz”, "Qazel”, "Qaz-53” və "Qaz-24” markalı avtomobillər saxlanılıb və avtomobillərdə qanunsuz yolla əldə edilmiş, ümumilikdə 42,34 m3 həcmində fıstıq, vələs cinsli meşə materialı və meşə materiallarından hazırlanmış yeşiklərin aparıldığı aşkar edilib. Bundan başqa, Göyçay rayon bazarında qanunsuz meşə materialının satıldığı, Göyçay şəhəri Nizami küçəsi 90 ünvanında Samir Mustafayevə, Natavan küçəsi 118 ünvanında Yaqub Məmmədova, Heydər Əliyev küçəsi 25 ünvanında isə İsmayıl Yaqubova məxsus yeşik sexlərində qanunsuz yolla əldə olunmuş, ümumilikdə 12,36 m3 həcmində meşə materialları müəyyən edilib.

Qəbələ rayonu ərazisində keçirilən reydlər zamanı Məmmədağalı kəndinin 5 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı və 7,96 m3 həcmində qanunsuz meşə materialının istifadə edildiyi aşkar olunub.

Faktlarla bağlı təqsirkarlar barəsində akt və protokollar tərtib edilib, qanunsuz yolla əldə edilmiş meşə materialları maddi sübut kimi saxlanılıb. Təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Hazırda reydlər davam etdirilir. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol