• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxda aqropark yaradılacaq

Qazaxda aqropark yaradılacaq
16.11.2017 18:01
Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunun Canalı kəndində növbəti işgüzar forumunu keçirib.

Oxu.Az nazirliyə istinadən xəbər verir ki, forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, yerli iqtisadi potensialına uyğun olaraq, aqroparkın, ixtisaslaşdırılmış "yaşıl market”in, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, ət kəsimi və süd emalı müəssisələrinin və hotelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.

Tədbirdə SKMF-in şöbə müdiri Samir Hümbətov özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O bildirib ki, ilin əvvəlindən 1 437 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 104 mln. manat məbləğində güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 4 300-ə qədər yeni iş yerinin açılmasına imkan yaradır.

Forum çərçivəsində rayonda fəaliyyət göstərən sahibkar tərəfindən aqroparkın yaradılması ilə bağlı güzəştli kreditin alınmasına dair müzakirələr aparılıb. S.Hümbətov məlumat verib ki, hazırda 26 rayonda 40 aqroparkın yaradılması təşviq olunur. Artıq Xaçmaz, Şəmkir və Cəlilabad rayonlarındakı aqroparklarda 1-ci mərhələ üzrə işlər başa çatdırılıb. 14 aqroparkın isə təşkili işlərinə başlanıb. Ümumi dəyəri 270 mln. manat olan 12 aqroparkın yaradılmasına 86,4 mln. manat güzəştli kredit verilib.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 1,9 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, tərəvəzçilik, otel tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 100-ə qədər yeni iş yerinin açılması nəzərdə tutulur. Ümumilikdə isə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6 450-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 237,2 mln. manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Qazax rayonunda dövlətin güzəştli krediti ayrılan meyvə-tərəvəz emalı müəssisəsinə baxış keçirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol