• $
  • €
  • ₽
  • ₺
  • £

İtalyan yazıçısı Azərbaycan qaz kəmərinə qarşı sabotaja çağırır

İtalyan yazıçısı Azərbaycan qaz kəmərinə qarşı sabotaja çağırır
26.11.2017 14:39
İtaliyada məşhur yazıçı-şair Erri De Luka Azərbaycan qazını Avropaya nəql edəcək TAP qaz kəmərinə qarşı sabotaja çağırıb. Virtualaz.org İtaliya KİV-lərinə istinadən xəbər verir ki, yazıçı kəmərin tikintisinin davam etdiyi Melandunyonun bir neçə kilometrliyində yerləşən Leççedə tələbələr qarşısında çıxışı zamanı kəməri "ictimai ələsalma” adlandırıb və əhalini bu kəmərə qarşı sabotajlara səsləyib.
 

"TAP onun tikintisinə qarşı çıxan sakinlərin və bələdiyyələrin etirazlarına baxmayaraq davam etməkdə olan ictimai ələsalmadır. Mən inanıram ki, TAP sabotaj olunacaq”-Erri De Luka bildirib.

Bundan əvvəl yazıçı İtaliyada sürətli dəmir yol qatarı layihəsinə qarşı çıxıb və bu layihəyə qarşı sabotaja çağırıb. Erri De Luka buna görə məhkəməyə də verilib. Ancaq məhkəmə onun sabotaj çağırışının zorakılığa səbəb olmadığı qənaətinə gələrək iddianı təmin etməyib.

Erri De Luka Leççe əhalisini TAP-a qarşı "bir olmağa” səsləyərək deyib ki, onun fikrincə yerli ictimaiyyətin yekdil mövqeyi kəmərin çəkilməsini ləngidəcək, işləri sabotaj edəcək.

Xatırladaq ki, İtaliyanın Leççe və Melandunyo əyalətlərində vaxtarışı olaraq TAP kəmərinə qarşı etirazlar təşkil olunur, kəməri çəkən şirkətin ofisinə, texnikasına zərər vurulur. Bu etirazları şoumen-siyasətçi Beppe Grillonun "No TAP” ictimai komitəsi təşkil edir. Grillo Rusiya ilə sıx əlaqələrə malikdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol