• $
  • €
  • ₽
  • ₺
  • £

Metronun “Sahil” stansiyası sökülür?

Metronun “Sahil” stansiyası sökülür?
26.11.2017 18:03
2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun "Sahil” stansiyası ilə bağlı iki iddia sələndirilir. Versiyaların birinə görə, stansiya bir daha açılmayacaq, digər versiyaya görə isə açıqlacaqsa belə, onun üzərində yerləşən bina söküləcək... Təmirin uzunmüddətli olması ağıllarda sual işarəsi yaradır. Modern.az suallara aydınlıq gətirməsi üçün rəsmi quruma müraciət edib.
 
Məsələ ilə bağlı modern.az-a açıqlama verən "Bakı Metropoliteni” QSC-nin mətbuat xidətinin rəhbəri Nəsimi Paşayev bu iddiaları əsassız adlandırıb. O,  metronun "Sahil” stansiyasında gedən təmir işlərinin 2018-ci ilin iyul ayına qədər yekunlaşacağını bildirib.
 
Qurum rəsmisi stansiyanın uzunmüddətli təmirə dayanmasının özəl səbəbinin olmadığını bildirib: "Stansiyadakı eskalatorların istismar müddəti başa çatdığından o, təmirə dayandırılıb. 2011-ci ildə başladılan Bakı metropoliteninin inkişafına dair Dövlət Proqramına əsasən, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması, mərmər-qranit örtüyünun və avadanlıqların yenilənməsi də nəzərdə tutulub. Təmir zamanı stansiydakı "LT-3" tipli üç eskalator söküləcək və əvəzində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli dörd eskalatoru quraşdırılacaq”.
 
N.Paşayevin sözlərinə görə, Sahil stansiyasının sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min nəfərdir.
 
Qeyd edək ki, hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol