• $
  • €
  • ₽
  • ₺
  • £

Taksi xidmətləri bahalaşacaq?

Taksi xidmətləri bahalaşacaq?
28.11.2017 16:03
Banklar dekabrın 1-dən etibarən xarici taksi şirkətlərinə kartla ödəniş zamanı 18% əlavə dəyər vergisi tətbiq edəcək.

Yeni qərarı Oxu.Az-a şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, kartla ödəniş zamanı 18% əlavə dəyər vergisinin tətbiqi ilə bağlı xarici taksi şirkətləri əvvəlcədən xəbərdar edilməli idilər: "Şirkətlərin fəaliyyətlərini qaydalara uyğunlaşdırması prosesi gecikə bilər. Hətta onlardan bəzilərinin bazarı tərk etməsi istisna deyil. Bu da yaxşı hal hesab olunmur. Daha keyfiyyətli, ucuz xidmətin göstərilməsi üçün rəqabətli mühit lazımdır”.

Ekspert deyir ki, şirkətlər insanlara həm də əlavə qazanc mənbəyi yaratmışdı: "Qaydaların tətbiqindən sonra şirkətlər bazarı tərk edərsə, bu işsizliyə də təsir edəcək. Başqa tərəfdən taksi xidmətləri azsaylı sektorlardandır ki, burada rəqabət var. Nəticədə  son illər taksi xidmətlərinin keyfiyyəti və qiymətləri insanları qane edir. Ölkədə iki devalvasiyanın baş verməsinə, benzinin bahalaşmasına baxmayaraq, taksi xidmətlərinin qiymətlərində artım baş verməyib. Əksinə, son aylarda ucuz xidmət göstərən şirkətlər bazara daxil olub. Qərardan  sonra şirkətlər bazarı tərk edərsə, rəqabətli mühit zəifləyəcək. Bu da qiymətlərin artımına səbəb ola bilər. Hətta tərk etməsələr belə, ƏDV-yə cəlb olunduqları təqdirdə qiymətləri bahalaşdıracaqlar.  Vergi rüsumlarının artımı, adətən, şirkətlərin deyil, vətəndaşın cibindən çıxır". 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol