• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” BakuTel sərgisində ən son məhsullarını təqdim edəcək

“Nar” BakuTel sərgisində ən son məhsullarını təqdim edəcək
04.12.2017 14:23
"Nar” BakuTel-2017 23-cü beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində iştirak edəcək. Mobil operator hər il olduğu kimi bu il də sərgidə özünün ən son yeniliklərini təqdim etməyi planlaşdırır.

Dörd gün ərzində davam edəcək sərgi müddətində "Nar” səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini, fiber-optik texnologiya əsasında yüksəksürətli sabit internet, IPTV və mobil rabitə xidmətlərini vahid ödənişlə təklif edən "Qutu” məhsulunu, ölkədaxili danışıq dəqiqələri ilə bol internetin daxil olduğu yeni "Full” paketlərini, xaricdə alış-veriş edərkən əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması prosesini sadələşdirən "Nar TaxFree” mobil tətbiqini və digər nailiyyətlərini sərgi iştirakçılarına təqdim edəcək.

Sərgi iştirakçıları LTE-A (LTE-Advanced) innovativ texnologiyasının test sınamasında iştirak edərək, "Nar” şəbəkəsinin təqdim etdiyi yüksəksürətli internet bağlantısını da bilavasitə sınaqdan keçirə biləcəklər.

Sərgi günlərində "Nar” stendində texnoloji yeniliklərlə yanaşı, əyləncəli yarışmalar da keçiriləcəkdir. Məsələn, "İrşad Electronics” mağazalar şəbəkəsi ilə birgə təşkil ediləcək müsabiqə çərçivəsində "Nar” stendinin qonaqları dəyərli smartfon qazanmaq şansına sahib olacaqlar. Qeyd edək ki, müsabiqə bütün sərgi günlərində təşkil ediləcək və hər bir günün qalibi smartfona sahib olacaq.

"Nar” hər kəsi 5-8 dekabr 2017-ci il tarixləri arasında Bakı Ekspo Mərkəzində keçiriləcək BakuTel-2017 23-cü beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları” sərgisindəki "Nar” stendinə dəvət edir.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol