Ruslar ermənilərin arzusunu ürəklərində qoydu

Sahibkarların kürüsü əllərindən alındı
Yarım ton erməni kürüsü Rusiyaya buraxılmadı. İstiPress-in məlumatına görə, kürü farel balığının olub. "Rosselxodnadzor"un əməkdaşları kürünü Vnukova hava limanında tutublar.
Erməni sahibkarlar bu delikates məhsulu Rusiya paytaxtında satmaqla qazanc əldə etmək istəyiblər. Qırmızı kürü varlı moskvalıların yeni il süfrəsinin ayrılmaz atributudur. Lakin ermənilərin varlanmaq arzuları ürəklərində qalıb.
Erməni məhsulu Moskvaya daxil olmağa imkan tapmamış müsadirə edilib. Qırmızı kürünün Avrasiya İqtisadi Şurasının balıq və balıq məhsullarının təhlükəsizliyi reglamentinə əsasən nəzərdə tutulan heç bir sənədi olmayıb.
Nəticədə ermənilərə ciddi ziyan dəyib. Pulsuz öz vətənlərinə qayıdan kimi isə yəqin ki, bu sahibkarlar da dərhal ittifaqdan çıxmağı tələb edənlərin sırasına qoşulacaqlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























