• $
  • €
  • ₽
  • ₺
  • £

“Binə” bazarında vergi qalmaqalı

“Binə” bazarında vergi qalmaqalı
10.12.2017 13:19
Ticarət mərkəzinin sahibi Kəbirə Məmmədovanın icarədarlardan əlavə vergi pulu tələb etməsi etirazla qarşılanıb

Vergilər naziri Fazil Məmmədovun vəzifədən qəfil çıxarılması "Binə” ticarət mərkəzində qarşıdurmaya səbəb olub. Bazarın sahibi Kəbirə Məmmədovanın mərkəzdə çalışanlardan əlavə vergi pulu tələb etməsi etirazla qarşılanıb. Bu barədə criminal.az xəbər yayıb.

Sayt yazır ki, K.Məmmədova obyektlərdən birinin qarşısındakı reklam lövhəsini təpiklə aşırıb. Onun bu hərəkətindən hiddətlənən çoxsaylı sahibkarlar etiraz səsini ucaldıblar.

Yaşlı bir qadın sahibkarın Kəbirə Məmmədovanı vuraraq yıxdığı iddia olunur. Mühafizə xidməti və polislərin müdaxiləsindən sonra ara sakitləşib. Sahibkarlar bildirib ki, onlar vergi ödənişini kirayə pulu daxil olmaqla illərlə "Binə” sahibinə ödəyiblər. Satıcıların iddialarına görə, bazarın rəhbəri Kəbirə Məmmədovanın başı vergi borcuna görə dərddədir. Uzun müddət vergi borcunu verməyən qadın sahibkara bir neçə dəfə xəbərdarlıq edilib.

"Yeni Müsavat”a daxil olan xəbərdə isə deyilir ki, K.Məmmədova ilə "vurulan” vergi nazirinin işgüzar münasibətləri olub. K.Məmmədova sahibkarlardan toplanan vergiləri öz bildiyi şəkildə illərlə Vergilər Nazirliyinə ötürüb. Fazil Məmmədovun işdən qəfil çıxarılması isə avtomatik olaraq şəxsi münasibətlərdə qaynaqlanan işbirliyini də aradan qaldırıb. Yəni vergi naziri dəyişdiyindən K.Məmmədova sahibkarlara müraciət etmək məcburiyyətində qalıb. Sahibkarlara aylıq ödənişlərin vergiyə görə artacağı da bildirib. Bu isə çətin iqtisadi durumda olan kiçik sahibkarların ciddi etirazı ilə qarşılanıb.

"Binə” də 3 minə yaxın sahibkarın fəaliyyət göstərdiyini nəzərə alsaq, ortada böyük vergi məsələlərinin olduğunu təxmin etmək çətin deyil. Ticarət mərkəzindəki ortabab mağazalar aylıq olaraq K.Məmmədovaya 2500-3000 manat ödəniş edirlər. Bura real vergi xərcləri də əlavə olunsa, qiymətlər avtomatik 25-30 faiz bahalaşacaq. Bu isə sahibkarların ticarət dövriyyəsinin azalmasına, müştəri qıtlığına gətirib çıxara bilər. Odur ki, "Binə”dəki sahibkarların K.Məmmədovaya etirazı başadüşüləndir. Maraqlıdır ki, Fazil Məmmədovun 18 illik nazirliyi dövründə "Binə” ticarət mərkəzi vergi şəklində dövlətə nə qədər pul ödəyib?

Yada salaq ki, işdən çıxarılması Fazil Məmmədovun özü üçün də gözlənilməz olub. "Səhhətinin ağır olması” səbəbindən işdən çıxarıldığı açıqlansa da, sabiq nazir bu məlumatı şübhə altına alan açıqlama verib. Deyib ki, "az xəstəyəm”

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol