• $
  • €
  • ₽
  • ₺
  • £

Neft ixracı azalıb, yağ idxalı artıb

Neft ixracı azalıb, yağ idxalı artıb
18.12.2017 18:00
Bu ilin 9 ayında əmtəə ixracı 13.4% azalıb. Azalma, əsasən, neft sektoru üzrə baş verib. Belə ki, ixracın dəyəri xam neft üzrə 20%, neft məhsulları üzrə 10.2% azalıb.

Anews.az Mərkəzi Banka istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac artıb. Artım çay, meyvə-tərəvəz, pambıq lifi, elektrik enerjisi, alüminium ixracında müşahidə olunub. Belə ki, ixracın həcmi çay üzrə 62.1%, meyvə-tərəvəz üzrə 41.5%, pambıq lifi üzrə 8.5 dəfə, elektrik enerjisi üzrə 2.8 dəfə, alüminium üzrə 21.6% artıb.

Dövr ərzində ixracda əsas tərəfdaşlar İtaliya (22.2%), Türkiyə (13.1%), Çin (5.4%), Rusiya (4.8%), İsrail (4.6%), Gürcüstan (4.3%) kimi ölkələr olub. 2017-ci ilin 9 ayında əmtəə idxalı 0.4% artıb. Dövlət sektoru üzrə əmtəə idxalı isə 9.4% azalıb. İdxal olunmuş məhsulların 16.9%-i Rusiya, 14.5%-i Türkiyə, 9.9%-i ABŞ, 9.7%-i Çin, 5.1%-i Ukrayna, 4.57%-i Almaniya, və 3.7%-i İtaliya kimi ölkələrinin payına düşüb. Dövr ərzində idxal ət, süd, çay, nəqliyyat vasitələri və onların hissələri, kərə yağı və süddən hazırlanmış digər yağlar üzrə artıb, buğda, şəkər, sement, qara metal və onlardan hazırlanan məhsullar, mebel üzrə isə azalıb.

Hesabat dövründə əmtəə idxalı 0.4% artıb. Dövlət sektoru üzrə əmtəə idxalı isə 9.4% azalıb. İdxal olunan məhsulların 16.9%-i Rusiya, 14.5%-i Türkiyə, 9.9%-i ABŞ, 9.7%-i Çin, 5.1%-i Ukrayna, 4.57%-i Almaniya, və 3.7%-i İtaliya kimi ölkələrin payına düşüb. Dövr ərzində idxal ət, süd, çay, nəqliyyat vasitələri və onların hissələri, kərə yağı və süddən hazırlanmış digər yağlar üzrə artıb, buğda, şəkər, sement, qara metal və onlardan hazırlanan məhsullar, mebel üzrə isə azalıb. 

2017-ci ilin 9 ayında iqtisadi tərəfdaş ölkələrdə yaranan vəziyyət qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib. İlkin rəqəmlərə əsasən, 2017-ci ilin 9 ayında ölkəyə daxil olan pul baratları 751.4 mln. ABŞ dolları olub. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol