Rusiyadan Azərbaycana olan bu reys dayandırıldı

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi "Saratovskie avialinii” aviaşirkətinin Azərbaycana uçuş icazəsini geri çağırıb.
Trend-in məlumatına görə, bu barədə agentliyin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.
Protokolda bildirilir ki, şirkətin həyata keçirdiyi Novosibirsk-Qəbələ reysinə icazə ləğv edilib.
Bu qərara icazənin verildiyi müddətdə uçuşların həyata keçirilməməsi səbəb olub.
Qeyd edək ki, "Saratovskie avialinii” bu reysin yerinə yetirilməsi üçün icazəni 2014-cü ilin iyulunda alıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























